HAQQIMIZDA

Bakı şəhəri 213 nömrəli məktəb-lisey 1963-cü ildən fəaliyyətə başlamışdır.  Məktəb 1995-ci ildən şagirdi olmuş Şəhid Müşviq Orucovun adını daşıyır. Bakı şəhəri Təhsil İdarəsinin 02 oktyabr 2007-ci il tarixli 194 №-li əmrinə əsasən məktəbin adı və nömrəsi saxlanılmaqla məktəb-lisey adlandırılmışdır. Məktəb-lisey 2009-2010-cu tədris ilində “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olmuşdur. 2007-ci il tarixindən Məktəb-liseydə humanitar və texniki təmayüllü lisey sinifləri (7-11 siniflər üzrə) fəaliyyət göstərir. 2012-2013-cü tədris ilində məktəb-lisey əsaslı şəkildə təmir olunmuşdur. Məktəb üçmərtəbəli olmaqla bir korpusdan ibarətdir. 964 yerlik şagird tutumuna malikdir. Dərslər Azərbaycan dilində tədris olunur. V sinifdən yuxarı Rus dili ikinci xarici fənn kimi keçirilir. Məktəbdə 31 sinif otağı, 3 fənn – fizika, kimya, biologiya kabineti, 3 laboratoriya, 2 informatika kabineti, 2 emalatxana, 300 kv.m -lik idman zalı, bufet, tibb otağı, 200 yerlik akt zalı, və kitabxana vardır. Məktəb Azərbaycan Respublikası Prezidentinin 05 iyul 2010-cu il tarixli, 997 nömrəli sərəncamı ilə 2009/2010-cu tədris ilində keçirilmiş “50 Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Daxili intizam qaydalarına ciddi əməl olunur.

    2015-2016-cı tədris ilində 2 nəfər 500-dən yuxarı, 4 nəfər isə 600-dən yuxarı, 2016-2017-ci tədris ilində 5 nəfər 500-dən yuxarı,1 nəfər isə 600-dən yuxarı, 2017-2018-ci tədris ilində isə 5 nəfər 500-dən yuxarı, 2 nəfər isə 600-dən yuxarı, 2018-2019-cu tədris ilində 3 nəfər 500-dən yuxarı, 1 nəfər 600-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərmişdir.

     2019-2020-ci tədris ilində 3 nəfər 500-dən yuxarı, 3 nəfər isə 600-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərmişdir. Məktəbin işçilərinin ümumi sayı 83-dür. Bunlardan 62 nəfəri pedaqoji, 21 nəfəri isə texniki heyətdir. Hal-hazırda məktəbdə 26 sinif komplekti fəaliyyət göstərir.

      2020-2021-ci tədris ilində 4 nəfər 500-dən yuxarı, 2 nəfər isə 600-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərmişdir. Məktəbin işçilərinin ümumi sayı 80-dir. Bunlardan 60 nəfəri pedaqoji, 20 nəfəri isə texniki heyətdir. Hal-hazırda məktəbdə 28 sinif komplekti fəaliyyət göstərir.

      2021-2022-ci tədris ilində 6 nəfər 500-dən yuxarı, 1 nəfər isə 600-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərmişdir. Məktəbin işçilərinin ümumi sayı 80-dir. Bunlardan 61 nəfəri pedaqoji, 19 nəfəri isə texniki heyətdir. Hal-hazırda məktəbdə 26 sinif komplekti fəaliyyət göstərir.    

      2022-2023-cü tədris ilində 4 nəfər 500-dən yuxarı, 1 nəfər isə 600-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərmişdir. Məktəbin işçilərinin ümumi sayı 75-dir. Bunlardan 55 nəfəri pedaqoji, 19 nəfəri isə texniki heyətdir. Hal-hazırda məktəbdə 23 sinif komplekti fəaliyyət göstərir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi