“KİÇİK AKADEMİYA”NIN COĞRAFİYA VƏTARİX FƏNLƏRİ ÜZRƏ KEÇİRİLƏN SEMİNARI

213 nömrəli məktəb-liseydə fəaliyyət göstərən "Kiçik Akademiya" üzvlərinin 08 may 2019-cu il tarixində coğrafiya və tarix fənləri üzrə seminarı keçirildi. Seminarda məktəbin direktoru Səbinə Əliyeva, coğrafiya müəllimi Zərifə İlyasova, XanlarMəlikov, tarix müəllimi Nəzakət Rəhimova və Mahirə Mütəllimovavə şagirdlər iştirak etdilər. 6a sinif şagirdləri Məmmədova Özləm və Şükürlü Türkanəcoğrafiya fənni üzrə "Yatmış Vulkan” mövzusunda danışdılar. Eyni zamanda qədim Pompey, lava altında qalan insan qalıqları və eləcə də açıq səma altında muzey barədəslayd təqdim edərək, ətraflı məlumat verdilər. 7a sinif şagirdi Salamzadə Fərid coğrafiya fənni üzrə "Türk dünyası birliyi” mövzusunda çıxış edərək Türk dünyası birliyinə daxil olan ölkələr barədə danışaraq ətraflı məlumat verdi. 8b sinif şagirdi Məmmədli Lamiyə coğrafiya fənni üzrə "Yerin incə zirehini qoruyaq” mövzusunda çıxış edərək, ekoloji problemlər nədir?, ekoloji problemlərin növləri hansılardır?, ekoloji problemlər necə aradan qaldirilir? və s. mövzularda ətraflı məlumat verdi. 10a sinif şagirdləri Əhmədova Nərmin və Rəşidova Xumar coğrafiya fənni üzrə "GMO” mövzusunda danışaraq GMO-nun yaranma tarixi, onu başqa məhsullardan necə ayırd etmək olar və eyni zamanda zərərləri barədə slayd təqdim etdi. 8a sinif şagirdləri Məmmədquliyeva Ləman, Vəliyeva Ləman və Məmmədzadə Emin tarix fənni üzrə "I Şah Abbas” mövzusunda slayd və videoçarx təqdim edərək I Şah Abbasın həyat və yaradıcılığından, həyata keçirdiyi islahatlardan danışdı. 10a sinif şagirdləriVüsal Kazımzadə və Ceyhun Azayevtarix fənni üzrə "Azərbaycan Xalqının deportasiya edilməsi” mövzusundaçıxış etdilər. 10b sinif şagirdi Qardaşəliyeva İlahə tarix fənni üzrə "Tərəkəmə camaatı” mövzusunda ətraflı məlumat verərək, tərəkəmələr kimdirlər və harada yaşayırlar, adət-ənənələri və məşğuliyyətləri, Qarapapaq-Tərəkəmə tayfaları barədə slayd təqdim etdi. Tədbirin sonunda məktəbin coğragiya müəllimi Zərifə İlyasova, XanlarMəlikov, tarix müəllimi Nəzakət Rəhimova və Mahirə Mütəllimovavə şagirdlər "Kiçik Akademiya"nın Prezidenti tərəfindən Diplomla təltif olundular. Seminar iştirakçılar tərəfindən çox böyük maraqla qarşılandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi