“KİÇİK AKADEMİYA”NIN FİZİKA FƏNNİ ÜZRƏ SEMİNARI

12 aprel 2019-cu il tarixində 213 nömrəli məktəb-liseydə VII-VIII sinif şagirdlərdən ibarət "Kiçik Akademiya"nın fizika fənni üzrə seminarı keçirilib. Tədbirin əvvəlində məktəb-liseyin direktoru Səbinə Əliyeva fəaliyyət göstərən "Kiçik Akademiya"nın yaradılmasında əsas məqsədin yaradıcı təfəkkürə malik istedadlı şagirdləri üzə çıxarmaq olduğunu bildirib. O, həmçinin reallaşan “Kiçik Akademiya” layihəsinə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin böyük önəm verdiyini bildirərək, bundan sonra da birgə əməkdaşlıq üçün mümkün imkanlardan istifadə ediləcəyini diqqətə çatdırıb. Şagirdlər seminar zamanı fizika fənni üzrə müxtəlif mövzularda elmi məruzələrlə çıxış etdilər. Belə ki. məktəbin 7a sinif şagirdləri Əliyev Renat, Haqverdiyev Elbəy və Salahova Ruhanə “Təzyiq. Maye və qazlarda təzyiqin örtürülməsi. Paskal qanunu. Birləşmiş qablar qanunu. Hidravlik maşın” mövzusunda çıxış edərək geniş məlumat verdilər. Onlar həmçinin bərk cisimlərdə təzyiqin qüvvə istiqamətində, maye və qazlarda isə bütün istiqamətlərdə bərabər paylanmasını əyani vəsaitlərdən istifadə etməklə nümayiş etdirdilər. 8a sinif şagirdləri Quluzadə Əminə və Mustafayeva Fidan “Ərimə. Maddənin bərk (kristal) haldan maye hala keçməsi” mövzusunda çıxış edərək ərimə teperaturu, xüsusi ərimə istiliyi, qaynama, xüsusi buxarlanma istiliyi, kondensasiya, qaynama temperaturu, sublimasiya, desublimasiya, buxarlanma haqqında geniş şəkildə məlumat verərək, slayd nümayiş etdilər. 8b sinif şagirdləri Əzizli Mirmehdi və Qasımova Zeynəb müasir dəyişən cərəyan elektrik enerjisi şəbəkəsinin layihələndirilməsi üçün öz töhfələri ilə daha çox məşhurlaşan ixtiraçı Nikola Testa haqqında çıxış etdilər. Zeynəb N.Testanın 5 çılğın aləti (simsiz elektrik ötrürülməsi. Rentgen, ölüm şüası, robot texnikası və zəlzələ yaradan maşın) barədə ətraflı şəkildə məlmuat verdi. O, həmçinin özü hazırladığı “buxar turbini” təcrübəsini də nümayiş etdi. Tədbirin sonunda məktəbin direktoru və fizika müəllimi Səbinə Əliyeva, fizika fənn müəllimi Asya Sərdarova və şagirdlər "Kiçik Akademiya"nın Prezidenti tərəfindən Diplomla təltif olundular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi