“KİÇİK AKADEMİYA”NIN ƏDƏBİYYAT FƏNNİ ÜZRƏ KEÇİRİLƏN SEMİNARI

213 nömrəli məktəb-liseydə fəaliyyət göstərən "Kiçik Akademiya" üzvlərinin 26 aprel 2019-cu il tarixində ədəbiyyat fənni üzrə seminarı keçirildi. Seminarda məktəbin müdiriyyəti və fənn müəllimləri iştirak etdilər. Eyni zamanda 272 nömrəli tam orta məktəbin UBR Əfsanə Əhmədova, azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə rəhbəri Elnurə Nurbalayeva, azərbaycan dili və ədəbiyyat müəllimi Nəzakət Rəsulova müdiriyyət tərəfindən dəvət olunmuşdu. Ədəbiyyat üzrə 10a sinif şagirdlərindən Babayeva Fahirə, Xudayarova Fəridə və Quliyeva Sünbül "Dramaturgiyanın yaranma tarixi" mövzusunda yazdıqları təqdimatları nümayiş etdilər.Onlar tragediya, komediya, dram, dekorasiya, musiqi eləcə də obrazların sirri mövzusunda ətraflı məlumat verdilər. 8c sinif şagirdləri Məmmədova Səriyyə, Məhərrəmzadə Fərhad, Cahangirov Cahangir, Zakirov Əli böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadə və Mirzə Ələkbər Sabirin həyat və yaradıcılıqları haqqında slayd təqdim edərək, ətraflı məlumat verdilər. 8b sinif şagirdi Məmmədli Aysel Azərbaycan şairi, mütəfəkkir İmaddədin Nəsimi haqqında çıxış edərək, onun həyat və yaradıcılığından danışdı. Tədbirin sonunda məktəbin ədəbiyyat müəllimi Cabbarova Sədaqət və şagirdlər "Kiçik Akademiya"nın Prezidenti tərəfindən Diplomla təltif olundular. Seminar qonaqlar və iştirakçılar tərəfindən çox böyük maraqla qarşılandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi