BÖYÜK AZƏRBAYCAN ŞAİRİ İMADƏDDİN NƏSİMİNİN 650 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ “DƏYİRMİ MASA” KEÇİRİLDİ

İmadəddin Nəsimi Azərbaycanın şairi,  dövrünün görkəmli mütəfəkkiri olmuşdur.  Nəsiminin yaradıcılığı Azərbaycan dili və ədəbiyyatının inkişafında mühüm bir mərhələdir. Şairin əsərləri əlyazmalar şəklində dünyanın bir sıra kitabxanalarında saxlanılır. Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsiminin yaddaqalan obrazı yaradılmış, Bakının mərkəzində şairin əzəmətli heykəli ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu Nəsiminin adını daşıyır. “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 noyabr tarixli 689 nömrəli sərəncam imzalamışdır. Azərbaycan Respublikası təhsil nazirinin 14.02.2019-cu il tarixli, F-82 nömrəli əmrinə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə və eləcə də Təhsil Nazirinin Tədbirlər Planına əsasən 30 aprel 2019-cu il tarixində 213 nömrəli məktəb-liseydə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “Dəyirmi masa” keçirildi. Tədbiri giriş sözü ilə məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Güllü Əliyeva açaraq İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadlarından biri olduğunu qeyd etdi. Sonra şagirdlər Nəsiminin həyatından bəhs edən səhnəcik nümayiş etdilər. “Mənəm mən”, “Könlümüz”, “Eşq ilə”,“Hardasan”, “Ayrılır”, “Gəl axır”, “Etmə gil”, “Ağrımaz”, “Sığmazam”, “Məndə sığar iki cahan” qəzəlləri VII, VIII sinif şagirdlərinin ifasında dinlənildi. Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili” ilə əlaqədar stend-sərgi hazırlandı. Məktəbin 7b sinif şagirdi Orucov Cavidan Müğənni Afət Fərmanqızının İmadəddin Nəsiminin “Sığmazam” qəzəlinin sözləri ilə oxuduğu məşhur “Pəncu-şeş” hind mahnısının efirdə səslənməsinin düzgünh olmadığını qeyd edərək tənqid etdi. Tədbirin sonunda “Nəsimi” filmindən fraqmentlər nümayiş olundu. Şagirdlər məktəb rəhbərliyi tərəfindən Diplomla təltif olundular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi