“KİÇİK AKADEMİYA”NIN KİMYA FƏNNİ ÜZRƏ “KİMYA VƏ HƏYAT” MÖVZUSUNDA KEÇİRİLƏN SEMİNARI

20 aprel 2019-cu il tarixində 213 nömrəli məktəb-liseydə "Kiçik Akademiya"nın kimya fənni üzrə VII-VIII sinif üzvlərindən ibarət “Kimya və həyat” mövzusunda seminar keçirilib. Tədbiri məktəbin direktoru  Səbinə Əliyeva açıb. Məktəbin VII, VIII sinif şagirdlərinin iştirak  etdiyi tədribdə fənn müəllimi Gülsabah Hümbətova və Xəyalə Əliyeva geniş nitqlə çıxış edərək kimya elminin əsasları və mühüm əhəmiyyətinin tədrisə tətbiqi barədə məlumat vedrilər. Şagirdlər seminar zamanı kimya fənni üzrə müxtəlif mövzularda çıxış etdilər. Belə ki. məktəbin 7a sinif şagirdi Kazımova Məryəm “İstilik effekti” mövzusunda slayd təqdim edərək, ekzotermik və  endotermik reaksiyalar, termokimyevi tenlik, əmələgəlmə istiliyi və yanma barədə də geniş məlumat verdi. Sarsanova Elvira “Kimya” barədə hazırladığı slaydda kimya maddələr, onların xassələri, çevrilmələri və bu çevrilmələr zamanı müşahidə olunan hadisələr haqqında ətraflı məlumat verdi. Həsənli Heydər “Fiziki və kimyəvi hadisələr” mövzusunda slayd təqdim edərək, kimyevi hadiselerin xarici elametleri mövzusunda danışdı. 8b sinif şagirdi Mustafayeva Tükəzban “Mendeleyevin həyat və fəaliyyəti” və “Dövri sistem” mövzularında çıxış edərək, kimyəvi elementlərin dövri sistemi cədvəlinin inkişaf tarixi barədə məlumat verərək, slayd nümayiş etdi. M.Tükəzban yumurta qabığının xlorid turşusunda həll olması təcrübəsini əyani şəkildə nümayış etdirdi. 8a sinif şagirdlərdən İbrahimov Ələkbər, Məmmədova Maya, Ələkbərova Nigar, İsmayılov Elmir, Ağayeva Zərifə, İsmayılov Elmir, Həsənov Rəcəb, Hüseynov Nicat, Vəliyeva Ləman və Mollayeva Leyla “Dil açır elementlər” adlı mövzu əsasında maraqlı çıxışlar etdilər. Sonda şagirdlər seçdikləri mövzular əsasında çıxış edərək, bu mövzuların daha gərəkli olduğunu obrazlı şəkildə sübut etməyə çalışdılar. Tədbirin sonunda məktəbin kimya müəllimi Gülsabah Hümbətova və Xəyalə Əliyeva və şagirdlər "Kiçik Akademiya"nın Prezidenti tərəfindən Diplomla təltif olundular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi