"Ən yaxşı məktəb saytı" müsabiqəsinin qalibiNazir müavini Məhəbbət Vəliyevanın müvafiq əmrinə əsasən elan olunmuş "Ən yaxşı məktəb saytı" müsabiqəsinin 2-ci mərhələsinin qaliblərindən olduq.
Balaca rəssamımız diplomla təltif olunubXətai Sənət Mərkəzində keçirilmiş sərgidə 12 yaşa qədər uşaqların əsərləri sırasında 2 b sinif şagirdi Məmmədov Teymurun rəsmi də yer alıb. Balaca rəssamızın çəkdiyi rəsm münsiflər tərəfindən diplomla təltif olunub. Qeyd edək ki, Teymur Pirallahı rayonu üzrə müsabiqəyə qatılan yeganə iştirakçı və qaliblərdən olub.
İdman uğurlarımız davam edirMəktəbin 2 b sinif şagirdi Qəhrəmanov Mikayıl 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş Koşiki Karate idman növü üzrə keçirilən turnirdə 8-9 yaş 26 kiloqram çəki dərəcəsində 1-ci yeri qazanıb. Biz də öz növbəmizdə Mikayıl balamızı təbrik edirik, uğurlarının davamlı olmasını arzulayırıq.