Şagirdimiz beynəlxalq idman yarışının qalibi oldu2016-cı ilin son ayında əziz şagirdimiz Balaməmmədov İbrahim Rusiyanın Moskva şəhərində keçirilən 12-13 yaşlı yeniyetmələr arasında 47 kq çəki üzrə beynəlxalq karate yarışında fərqlənərək III yerin qalibi olmuş, medal və fəxri diplomla mükafatlandırılmışdır. Onun bu uğuru 168 nömrəli məktəb ailəsinin hər bir üzvünün sevincinə səbəb olmuşdur. Bu münasibətlə İbrahim balamızı təbrik edir, ona vətənimizi, xalqımızı, məktəbimizi bu cür mötəbər yarışda uğurla təmsil etdiyinə görə öz dərin minnətdarlığımızı bildirir, uğurlarının davamlı olmasını, səsinin hər zaman zirvələrdən eşidilməsini arzulayırıq.
"Vətənin pərvəri ol!" yaradıcılıq müsabiqəsinin qalibi olduq !!!Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun həyata keçirdiyi "İlboyu bilik" proqramı çərçivəsində keçirilən "Vətənin pərvəri ol!" yaradıcılıq müsabiqəsi yekunlaşıb. Müsabiqənin yekun nəticəsi məktəbimiz üçün çox sevindirici, uğurlu olub. Belə ki, sevimli şagirdlərimizdən biri olan Şamilov Eyvaz Mübariz oğlu "Vətənin pərvəri ol!" yaradıcılıq müsabiqəsində fərqlənərək III yerin qalibi olmuş və diplomla mükafatlandırılmışdır. 168 nömrəli tam orta məktəbin pedaqoji heyəti olaraq şagirdimizin bu uğuruna ürəkdən sevinir, onunla fəxr edirik. Uğurlarının bol, davamlı, sonsuz olmasını arzulayırıq.
"Ekolab" layihəsində rayon üzrə I yerə layiq görüldük"Beynəlxalq Yer Gününə" həsr olunmuş Ekoloji problemlər mövzusunda "Ekolab" layihəsi üzrə keçirilən olimpiadada komandamızı təmsil edən X sinif şagirdləri Əliyev Urfan və Bayramov Emil layihə çərçivəsində Biologiya fənni üzrə Piralllahı rayon məktəbliləri arasında birincilik qazanaraq pedaqoji kollektivimizə qələbənin sevincini yaşatmışlar.