Nailiyyətlərimiz

Baku Open 2025" Beynəlxalq turniriAprelin 12-13 də Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate Federasiyasının rəhbərliyi, “Koşiki Karate” İB təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin İdman Sarayında  Koşiki Karate üzrə "Baku Open 2025" Beynəlxalq turniri keçirilib. Azərbaycan, Rusiya və Özbəkistandan olan 200-ə yaxın idmançının iştirak etdiyi turnirdə məktəbin 2”A” sinif şagirdi Əliyev Xəzrin Fariz oğlu kata üzrə qızıl, kumite üzrə gümüş medal, 8”A” sinif şagirdi Xudafirimov Tuncay Kənan oğlu gümüş medal qazanıblar.

FISO məntiq olimpiadasının qalibi1.12.2024 cü il tarixində məktəbin 2a sinif şagirdi Əliyev Xəzrin Fariz oğlu 40 ölkədə keçirilən FISO Beynəlxalq Məntiq Olimpiadasında iştirak edib və qızıl medal qazanaraq ölkəmizi Dubayda keçirilən final mərhələsində təmsil etmək hüququ qazanıb, həmçinin bütün suallara düzgün cavab verərək Respublika birincisi olub.

Şagirdimiz çempion oldu22.12.2024-cü il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şorinciryu Kenkokan Karate-Do Koşoki Karate və Kuda Federasiyasının təşkil etdiyi Koşiki Karate idman növü üzrə Azərbaycan Birinciyində məktəbin 8”A” sinif şagirdi Xudafirimov Tuncay Kənan oğlu I yer tutaraq Azərbaycan çempionu olub. Gənclər və İdman Nazirliyi tərəfindən Xudafirimov Tuncay Kənan oğlu diplom və medalla təltif edilib. Çempion şagirdimizi təbrik edirik, növbəti yarışlarda uğurlar arzulayırıq!

HAQQIMIZDA

    168 nömrəli tam orta məktəb 1963- cü ildən Pirallahı qəsəbəsində fəaliyyət göstərir. İlk illərdə 8 illik, iki bölməli məktəb kimi fəaliyyət göstərib. 1969-cu ildə 10 illik...

BİZİM FƏXRLƏRİMİZ

Nurlan Bunyatov Tərlan

Tərlan Məmmədli Mahir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi