Nailiyyətlərimiz

Basketbol üzrə keçirilən turnirin qalib komandası 20.10.2023- cü il tarixində Bakı Şəhəri Gənclər və İdman İdarəsinin Pirallahı rayon üzrə Gənclər və İdman Sektorunun təşkilatçılığı ilə Basketbol idman növünü yeniyetmə və gənclər arasında geniş təbliğ etmək və bu növə marağın artırılması məqsədilə Pirallahı rayon məktəbliləri arasında Basketbol üzrə turnir keçirilib.Turnirdə oğlanlardan ibarət 5 (beş) yığma komanda iştirak edib.       Turnirdə I, II və III yerləri tutan idmançılar Bakı şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunub.

Varşavada keçirilən yarışda II yerin qalibi  May ayında Polşanın Varşava şəhərində 21 ölkə arasında keçirilən Samejudo klublarının təşkil etdiyi 36kq çəkili idmançıların Cüdo üzrə Beynəlxalq turnirində məktəbin 5B sinif şagirdi Salahov İmran 2 -ci yerə layiq görülərək gümüş medal qazanıb.

"YANĞIN VƏ QƏZA-XİLASETMƏ TEXNİKASININ MODELİ" NOMİNASİYASI ÜZRƏ I YER2022-ci il sentyabr-dekabr aylarında Fövqəladə Hallar Nazirliyi, Elm və Təhsil Nazirliyi ilə birgə məktəblilər arasında “Fövqəladə hallar uşaqların gözü ilə” X respublika uşaq yaradıcılıq müsabiqəsi keçirib. Məktəbin iki şagirdinin əl işi respublika turuna təqdim edilib. 1“B” sinif şagirdi Cahangir Əliyev "Yanğın və qəza-xilasetmə texnikasının modeli" nominasiyası üzrə I yerə laiq görülərək, Fövqəladə Hallar Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.

HAQQIMIZDA

    168 nömrəli tam orta məktəb 1963- cü ildən Pirallahı qəsəbəsində fəaliyyət göstərir. İlk illərdə 8 illik, iki bölməli məktəb kimi fəaliyyət göstərib. 1969-cu ildə 10 illik...

BİZİM FƏXRLƏRİMİZ

Kamil Bağırov Əlibala

İlham Kərimov Rəhim

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi