
- Elnur Bayramov Ədalət
- Vəzifə: Direktor
- Fənn: —
- Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Aqrar Ekologiya İnstitutu, Azərbaycan Müəllimlər İnstitutu
- Təvəllüd: 26.07.1980
- İlk fəaliyyət ili: 01.11.2022
- E-mail: [email protected]
Bayramov Elnur Ədalət oğlu (Elnur Bayram)
26 iyul 1980-ci ildə anadan olub. 2001-ci ildə Azərbaycan Aqrar Ekologiya İnstitutunu, 2006-cı ildə isə Azərbaycan Müəllimlər İnstitutunu bitirib. İxtisasca psixoloqdur.
2001–2002-ci illərdə təmas xəttində hərbi xidmətdə olub. Hərbi xidmətinin sonunda Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursunu müvəffəqiyyətlə başa vurub.
2002-ci ildən etibarən pedaqoji fəaliyyətə başlayıb. Bu dövrdən bəri təhsil sahəsində müxtəlif vəzifələrdə çalışaraq zəngin təcrübə qazanıb.
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibidir. Təlim, tədris və təhsilin idarəolunması sahəsində müxtəlif yerli və beynəlxalq kurslarda iştirak edib.
Dövrü mətbuatda publisistik, pedaqoji-psixoloji məqalələri və bədii yazıları mütəmadi olaraq dərc olunur. 2011-ci ildə "Vaxt olsa" adlı kitabı işıq üzü görüb.
26 dekabr 2017-ci il tarixində Bakı şəhəri 216 nömrəli tam orta məktəbə direktor təyin olunub. 15 iyul 2021-ci ildən 243 nömrəli tam orta məktəbdə, 1 noyabr 2022-ci ildən isə Bakı şəhəri 168 nömrəli tam orta məktəbdə direktor vəzifəsində fəaliyyət göstərir.