KA üzvləri Hərbi Qənimətlər Parkı''ndaTədbirlər planına müvafiq olaraq məktəbin 8"A" sinfi sinif rəhbəri Aygün Zeynalova müəllimin rəhbərliyi ilə Hərbi Qənimətlər Parkı''na ekskursiya etdilər. Şagirdlər Vətən müharibəsində Müzəffər Azərbaycan ordusunun düşməni məğlub etməsi nəticəsində ələ keçirdiyi hərbi qənimətlərin bir qismi ilə tanış olmaqla Ermənistanın işğaçılıq siyasətinin şahidi oldular. Belə məkanlara ekskursiyaların təşkil olunmasında məqsəd şagirdlərimizə ərazi bütövlüyümüzün asanlıqla bərpa olunmadığını göstərmək və onların Vətənimiz Azərbaycanı daim sevmələrinə və qorumalarına nail olmaqdan ibarətdir.
K.A -nın üzvü "Ən yaxşı inşa yazı" müsabiqəsində I yer qazandı07 may 2022-ci il tarixində müasir , müstəqil Azərbaycanın memarı və qurucusu , görkəmli dövlət xadimi , xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə məktəbin direktoru Mehparə Mansıtova rayonun ictimai və mədəni həyatında fəal iştirak etdiyinə görə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı cənab Vasif İmanov tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.
Məktəbin 11 "A" sinif şagirdi K.A -nın üzvü Niftəliyeva Nərmin Yaşar qızı "Ən yaxşı inşa yazı" müsabiqəsində I yer qazandığına görə Fəxri fərmanla təltif edilib.
Məktəbin bütün kollektivini, uğur qazanan bütün şagirdləri təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.
Ulu Öndərin məzarı ziyarət olundu08.05.2022-ci il tarixində 168 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Alxasovanın təşkilatçılığı ilə 8"A" sinfinin K.A üzv şagirdləri müasir,müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü ehtiramla yad etmək məqsədi ilə Fəxri Xiyabana gedib, məzarını ziyarət ediblər. Ruhuna dualar oxuyublar.
KA üzvləri Qobustan Dövlət Tarix və Bədii QoruğundaBakı şəhərinin yaxınlığında tarixi bir məkan- Qobustan
Burada Qobustan Dövlət Tarix və Bədii Qoruğu yerləşir.
Qobustan tarix və incəsənət ocağıdır. Bu qoruqdakı muzey dünyanın ən yaxşı muzeylərindən biridir. Qoruqda qədim insanların çəkdikləri qayaüstü rəsmlər, onların həyat və məişəti ilə bağlı digər maddi mənbələr qorunur. Burada qorunub saxlanan insan və heyvan təsvirləri, ov, döyüş və rəqs səhnələri ən qədim insanların həyatı haqqında maraqlı məlumatlar verir.
Açıq səma altında qayalar üzərindəki qədim rəsmlərə, "Qavaldaş"a və digər maddi tapıntılara görə Qobustan qoruğu UNESCO-nun dünya mədəniyyəti irsi siyahısına daxil edilmişdir.
02.05.2022-ci il tarixində məktəbin tarix müəllimi Şəfəq Abdıyeva və UBR Zülfünaz Abasovanın rəhbərliyi və "6"A" sinfinin K.A üzv şagirdlərinin iştirakı ilə "Tanıdaq" devizi altında tarixi məkana-Qobustana ekskursiya təşkil olunub.Keçirilən ekskursiyanın məqsədi şagirdlərimizə xalqımızın mədəni tarixini və irsini daha da dərindən öyrətmək, mədəniyyətimizi təbliğ etmək, gənc nəsilləri maarifləndimək idi. Ekskursiya zamanı tarix müəllimi Şəfəq Abdıyeva qoruq haqda şagirdlərə geniş məlumat vermişdir.
Oxu Gunü04.22. 2022-ci il tarixində K.A-nın üzv şagirdlərinin iştirakı ilə "Biz oxuduq , siz də oxuyun" devizi altında "Oxu günü" keçirildi. Keçirilən “Oxu günü” şagirdlərin elmə, təhsilə, eyni zamanda, kitaba marağının artırılması, onların dünyagörüşünün inkişaf etdirilməsi məqsədi daşıyır.Şagirdlər müxtəlif təqdimatlarla çıxış etdilər.Kitablarla fləşmob nümayiş olundu.
KA üzvləri Basketbol yarışında qalib oldular23 fevral 2022-ci il tarixindən başlayaraq Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyası ümumtəhsil məktəblərinin şagirdləri arasında basketbol üzrə respublika birinciliyi keçirilməsini planlaşdırıb.
Bu məqsədlə 18.03.2022-ci il tarixində Pirallahı rayon məktəblərinin -168,186,231, 235,243 nömrəli məktəblərin şagirdlərinin iştirakı ilə 168 nömrəli məktəbdə basketbol idman növü üzrə rayondaxili respublika birinciliyi keçirildi. Yarışın keçirilməsində məqsəd basketbol idman növünü təbliğ etmək, istedadlı şagirdləri bu idman növünə cəlb etmək, uşaqlar arasında vətənpərvərlik və dostluq əlaqələrini gücləndirməkdir.
Yarış məktəblərin 5-ci sinif şagirdləri arasında komandalar şəklində keçirilib. 168 nömrəli məktəbin hər iki komandası ( (K.A üzvləri) qız və oğlan komandaları )qalib olaraq rayon birinciliyi qazanıb. II yere 186 nömrəli məktəbin şagirdləri layiq görülüb.
Uğurlarınız bol olsun, əziz şagirdlərimiz!
Dama yarışıİdman həftəsinin proqramına müvafiq olaraq məktəbin 5-ci sinif şagirdlərinin iştirakı ilə (K. A-nın Üzvləri) gimnastik dama yarışı keçirilib.. İdman həftəsi proqramına uyğun olaraq digər idman yarışları da keçirilib. Sonda qalib komandalar mükafatlandırilib.
Düşünən oxucuAzərbaycan Respublikası Təhsil nazirinin 29.12.2021-ci il tarixli F-597 nömrəli əmrinə əsasən təhsilalanların mütaliə və müstəqil öyrənmə bacarıqlarının təkmilləşdirilməsi, onlarda tənqidi, məntiqi və yaradıcı təfəkkürün inkişafı, rəy bildirmə mədəniyyətinin formalaşdırılması məqsədilə təşkil olunmuş “Düşünən oxucu” müsabiqəsinə məktəbin 7 " A" , 7"B" sinif şagirdləri (K. A üzvləri) də qatılıb. Müsabiqə iştirakçıları “Düşünən oxucu” müsabiqəsi üzrə oxu ədəbiyyatının siyahısı”nda göstərilmiş 35 ədəbiyyat nümunəsindən biri üzrə müsabiqənin şərtlərinə uyğun olaraq videotəqdimat hazırladılar.
KA üzvləri Atəşgah Dövlət Tarix Memarlıq qoruğundaMəktəbin tərbiyə işləri üzrə direktor müavin Sevda Rəhimova və tarix müəllimi Səbinə Qasımovanın rəhbərliyi ilə 16.12. 2021-ci il tarixində Kiçik Akademiyanın üzvləri Zərdüştluyun dini mərkəzi hesab olunan Suraxanı rayonunda yerləşən Atəşgah Dövlət Tarix Memarlıq qoruğunda olublar.Şagirdlər "Azərbaycanda Dini inanclar" mövzusu çərçivəsində Azərbaycanda ən qədim dinlərdən hesab olunan zərdüştlük dini ilə daha yaxından tanış olublar . Şagirdlərimiz məbədin restavrasiyadan əvvəlki və sonrakı görüntüləri ilə də tanış oldular . Kahinlər , onların dini ayinləri şagirdləriin diqqətini cəlb edib . Məbədi gəzinti şagirdlərə daha dolğun təsəvvürlər formalaşdırib. Azərbaycanın nadir memarlıq nümunəsi hesab olunan Atəşgah 1998-ci ildə Atəşgah UNESCO Ümumdünya irsi siyahısına salınması üçün namizəd göstərilmişdir.
"Aşıq Ələsgər və Azərbaycan folkloru"Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planının icrasını təmin etmək məqsədi ilə "Aşıq Ələsgər və Azərbaycan folkloru" mövzusunda yaradıcılıq müsabiqəsinin məktəb mərhələsi (əl işi, şeir və mahnı olmaqla üç nominasiya üzrə) keçirildi. 11-ci sinif şagirdi Pirmuradova Röya "Ən yaxşı mahnı ifaçısı" üzrə, 8 ,,A,,sinfi şagirdi Rzayeva Çinarə və Məmmədov Asif şeir üzrə , 6,,A,, sinif şagirdi Həsənov Elvin əl işi üzrə (Kiçik akademiyanın üzvləri) məktəb mərhələsinin qalibi seçildilər.
"Zəfər tarixi" adlı təbdirNoyabrın 5-da məktəbin akt zalında “Zəfərə gedən yol!” adlı tədbir keçirilib.Tədbir məktəbin ibtidai sinif müəllimləri Xırdaxanım Əmirova, Iradə Muradovava və məktəbin tərbiyə işləri üzrə direktor müavini Sevda Rəhimova tərəfindən təşkil olunub. Tədbirdə Pirallahı Rayon Icra Hakimiyyətinin əməkdaşları, Pirallahı rayon Vətən müharibəsi iştirakçısı Elşən Lalayev və onun bir qurup döyüş yoldaşları, Pirallahı rayon şəhidlərinin - Baş Leytenant Vüsal Babayevin anası Əntiqə xanım, Elmar Nəbiyevin anası Çiçək xanım, məktəbin məzunu ll Qarabağ şəhidi Fərmayıl Məlikovun anası Pakizə xanım, Şamaxı rayonundan Vətən müharibəsi şəhidi Baş Leytenant Murad Ibadovun anası və ailəsi, Neftçala rayonundan XTQ şəhid Maarif Əliyevin anası Sevda xanım, şəhidin həyat yoldaşı Solmaz xanım, şəhidin qardaşı Təbriz, Bakı şəhərindən şəhid Fəxri Məmmədovun anası Kəmalə xanim, Qəbələ rayonundan Vətən müharibəsi şəhidi Palkovnik Leytenant Əfqan Abdulrəhmanovun həyat yoldaşı Rəqinə xanım, Qəbələ rayonundan şəhid Dəmirli Elşənin atası Dəmirli Gündüz iştirak ediblər. Qonaqlar əvvəlcə şəhid adı daşıyan hər bir siniflə tanış olublar. Və sonra müdiriyyət və sinif adından təşəkkürnamə ilə təltif olunblar.
Təşkil olunan böyük tədbir Dövlət Himninin səsləndirilməsilə başlanıb. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Giriş sözü ilə məktəbin direktoru Mehparə Mansırova çıxış edib. O öz çıxışında 44 günlük müharibədə qazanılan Zəfərdən, Ali Baş Komandan, Cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətindən danışıb, gələn qonaqları Zəfər bayramı münasibətilə təbrik edib. Tədbirdə iştirak edən məktəbin tarix müəllimi Şəfəq Abdıyeva Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin hər birimiz üçün əziz olduğunu bildirib. Müəllim xalqımızın qəhrəman övladları ilə qürur duyduğunu vurğulayıb. Dövlətimiz tərəfindən müharibə iştirakçıları olan qazilər və şəhid ailələrinin hərtərəfli qayğı ilə əhatə olunduğunu söyləyən Şəfəq müəllim onların məktəblilər üçün əsil örnəyə çevrildiyini qeyd edib.
Tədbir şagirdlərin ifasında şeirlər, mahnılar və otuz ili əhatə edən ədəbi-bədii kompozisiyalarla davam edib. Ədəbi –bədii kompozisiyalar hamı tərəfindən bəyənilib. Daha sonra 44 günlük müharibəni və hörmətli Prezidentimizin çıxışlarını əks etdirən videoçarx nümayiş etdirilib. Şəhid analarının əllərindən öpülərək , onların qarşısında baş əyilib. Tədbir çox yüksək səviyyədə keçərək, hamı tərəfindən bəyənilib. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Milli Qəhrəman Şükür Həmidovun ailəsi ziyarət olundu17.10.2021-ci il tarixdə 168 nömrəli tam orta məktəbin direktoru Mehparə Mansırova, tədris işləri üzrə direktor müavini Kəklik Böyükkişiyeva, məktəbin müəllimləri Sevda Alxasova, Aygün Zeynalova, Milli Qəhrəman Şükür Həmidovun adını daşıyan 8 "A" sinfinin şagirdləri və X"A" sinfinin bur qrup şagirdləri (K. A-nın üzvləri) II Fəxri Xiyabanda olublar.Sonra Sumqayıt şəhərində mərhumun ailəsini ziyarət ediblər. Şükür Həmidov 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində Cəbrayıl rayonu istiqamətində yerləşən "Lələtəpə" strateji nöqtəsinin alınması zamanı fərqlənmişdir, buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin 20aprel 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Şükür Həmidov 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Cəbrayıl , Füzuli, və Qubadlıda gedən döyüşlərdə savaşıb, oktyabrın 22-də isə doğulduğu və 18 yaşında didərgin düşdüyü Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
II Fəxri Xiyaban ziyarət olundu Məktəbin Fəaliyyət planına əsasən, sentyabrın 27- də X"A" ( sinif rəhbəri Sevda Alxasovanın rəhbərliyi ilə) və VIll "A" ( sinif rəhbəri Aygün Zeynalovanın rəhbərliyi ilə) sinif şagirdləri "(K. A-nın üzvləri) Anım Günü" münasibəti ilə İkinci Fəxri Xiyabanı ziyarət ediblər. Orada General-mayor Polad Həşimovun, eyni zamanda VIll "A" sinfi adını qürurla daşıdığı şəhid Polkovnik Şükür Həmidovun və qəsəbəmizin şəhidi Baş leytenant Vüsal Babayevin məzarını ziyarət ediblər. Həmçinin l Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər və
gül dəstəsi qoyulub.
Ziyarətin məqsədi şagirdlərimizə tariximizi, milli qəhrəmanlarımızı tanıtmaq, onların xatirəsini daim böyük ehtiramla yad etməkdən ibarət olub. Şagirdlər və müəllimlər şəhidlərimizin əziz xatirəsini bir diqiqəlik sükutla yad edib, məzarları üzərinə güllər qoyublar. Məktəblilər vətənə, şəhidlərə aid şeirlər söyləyib "Qarabağ Azərbaycandır" şüarını səsləndiriblər.
Yay məktəbiKiçik Akademiyanın müəllim və şagird heyəti yay məktəbi dövründə gəzinti və ekskursiyalarda iştirak edib.
Kiçik Akademiyanın şagird elmi cəmiyyətinin bülleteniMəkətəb Kiçik Akademiyasının elmi cəmiyyətinin üzvləri: Quluyeva Gülər” II Qarabağ müharibəsi”ni əks etdirən,Dadaşzadə Rəhimə isə “Nizami-880”başlığı altında bülletenlər hazırladılar.
Lütfi Zadə olimpiada Mayın 8-də ölkə üzrə Lütfi Zadə adına məntiq olimpiadasının rayon(şəhər )mərhələsi keçirilmişdir. Olimpiadada Bakı Şəhəri üzrə Təhsil Idarəsinin tabeliyindəki ümumtəhsil məktəblərinin beşinci sinif şagirdləri rəqabət aparmışdı . Birinci turun nəticələrinə əsasən məktəbimizin Kiçik Akademiyasının 7 nəfər üzvü (Məmmədov Yusif , Əhmədov Əkbər, Əlizadə Heydər, Allahverdiyev Murad, Həsənov Elvin ,Cariyev Ümid,Balaməmmədova Nigar) ikinci turda iştirak etmək hüququ qazanmışdır. Şagirdlərimizi təbrik edirik. Növbəti turda uğur qazanmaq arzulayırıq .
Kiçik Akademiyanın Prezidenti"Kiçik Akademiya" nın prezidenti Bakı Dövlət Universitetinin tarix müəllimliyi fakültəsini bitirmiş, MİQ imtahanında yüksək nəticə göstərmiş 16.09.2019 tarixdən pedaqoji fəaliyyətə başlamış Şəfəq Abdıyevadır.
Kiçik Akademiya fəaliyyətə başladıMəktəbin direktoru Mehparə Mansırovanın 20.06.2021-ci il tarixili əmri ilə məktəbdə "Kiçik Akademiya"nın yaradılması təbiət, estetik fənlər, texniki, humanitar fənlər üzrə təmin edilmişdir. Məktəbin tarix müəllimi Şəfəq Abdıyeva "Kiçik Akademiya" nın prezidenti, Azərbaycan dili və ədəbiyyatı müəllimi Pərvanə İsmayılova, coğrafiya müəllimi müəllimləri Xoşgünhab Əhmədova, İsfəndiyar İsgəndərov, təsviri-incəsənət müəllimi Günel Həsənova KA-nın üzvləri təyin olunmuşlar. Kiçik Akademiya şagird elmi cəmiyyətində
11-ci sinif-2 nəfər, 10-cu sinif-5 nəfər, 9-cu sinif-13 nəfər, 8-ci sinif-4 nəfər, 7-ci sinif-5 nəfər, 6-cı sinif-10 nəfər, 5-ci sinif-7 nəfər, 3-cü sinif-2 nəfər, cəmi 45 nəfər şagird fəaliyyət göstərir.
168 nömrəli tam orta məktəb 1963- cü ildən Pirallahı qəsəbəsində fəaliyyət göstərir. İlk illərdə 8 illik, iki bölməli məktəb kimi fəaliyyət göstərib. 1969-cu ildə 10 illik...
168 nömrəli tam orta məktəb 1963- cü ildən Pirallahı qəsəbəsində fəaliyyət göstərir. İlk illərdə 8 illik, iki bölməli məktəb kimi fəaliyyət göstərib. 1969-cu ildə 10 illik...
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi