II Fəxri Xiyaban ziyarət olundu

    Məktəbin Fəaliyyət planına əsasən, sentyabrın 27- də  X"A" ( sinif rəhbəri Sevda Alxasovanın rəhbərliyi ilə) və VIll "A" ( sinif rəhbəri Aygün Zeynalovanın rəhbərliyi ilə) sinif şagirdləri "(K. A-nın üzvləri) Anım Günü" münasibəti ilə İkinci Fəxri Xiyabanı ziyarət ediblər. Orada General-mayor Polad Həşimovun, eyni zamanda VIll "A" sinfi adını qürurla daşıdığı şəhid Polkovnik Şükür Həmidovun və qəsəbəmizin şəhidi Baş leytenant Vüsal Babayevin məzarını ziyarət ediblər. Həmçinin l Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər və  gül dəstəsi qoyulub.     Ziyarətin məqsədi şagirdlərimizə tariximizi, milli qəhrəmanlarımızı tanıtmaq, onların xatirəsini daim böyük ehtiramla yad etməkdən ibarət olub. Şagirdlər və müəllimlər şəhidlərimizin əziz xatirəsini bir diqiqəlik sükutla yad edib, məzarları üzərinə güllər qoyublar. Məktəblilər vətənə, şəhidlərə aid şeirlər söyləyib "Qarabağ Azərbaycandır" şüarını səsləndiriblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi