Kiçik Akademiya üzvləri Qobustan Dövlət  Tarix və Bədii Qoruğunda

Bakı şəhərinin yaxınlığında tarixi bir məkan- Qobustan  Burada Qobustan Dövlət  Tarix və Bədii Qoruğu yerləşir.  Qobustan tarix və incəsənət ocağıdır. Bu qoruqdakı muzey dünyanın ən yaxşı muzeylərindən biridir. Qoruqda qədim insanların çəkdikləri qayaüstü rəsmlər, onların həyat və məişəti ilə bağlı digər maddi mənbələr qorunur. Burada qorunub saxlanan insan və heyvan təsvirləri, ov, döyüş və rəqs səhnələri  ən qədim insanların həyatı haqqında maraqlı məlumatlar verir. Açıq səma altında qayalar üzərindəki qədim rəsmlərə, "Qavaldaş"a və digər maddi tapıntılara görə  Qobustan qoruğu UNESCO-nun dünya mədəniyyəti irsi siyahısına daxil edilmişdir. 02.05.2022-ci il tarixində məktəbin tarix müəllimi Şəfəq Abdıyeva və UBR  Zülfünaz Abasovanın rəhbərliyi və "6"A" sinfinin K.A üzv şagirdlərinin iştirakı ilə "Tanıdaq" devizi altında  tarixi məkana-Qobustana ekskursiya təşkil  olunub.Keçirilən ekskursiyanın məqsədi şagirdlərimizə xalqımızın mədəni tarixini və irsini daha da dərindən öyrətmək, mədəniyyətimizi təbliğ etmək, gənc nəsilləri maarifləndimək idi. Ekskursiya zamanı  tarix müəllimi Şəfəq Abdıyeva  qoruq haqda şagirdlərə geniş məlumat vermişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi