HAQQIMIZDA

    168 nömrəli tam orta məktəb 1963- cü ildən Pirallahı qəsəbəsində fəaliyyət göstərir. İlk illərdə 8 illik, iki bölməli məktəb kimi fəaliyyət göstərib. 1969-cu ildə 10 illik və bir bölməli məktəb kimi fəaliyyətini davam etdirib. Bu illər ərzində məktəbdə 5 direktor fəaliyyət göstərib. Məktəb müəyyən illərdə rus dili fənni üzrə dərinləşdirilmiş proqramla işləyib. Həmin illərdə bir neçə şagird Respublika Olimpiadasında fəxri yerlər ( I , II ,III ) tutub.

    Məktəb 2014-2015-ci tədris ilində əsaslı təmir olunub. 2015 ci ildə məktəbə əlavə olaraq 300 şagird yerlik tədris korpusu, idman zalı və açıq idman meydançası inşa edilərək istifadəyə verilib. Məktəbin ümumi sahəsi 8500 kv.m, həyətyanı sahə 3976 kv.m, binanın sahəsi 4524 kv.m –dir. 34 sinif otağı, 6 fənn kabineti və 3 laboratoriya, kitabxana, bufet mövcuddur.

    Hal-hazırda məktəbdə 800 nəfərə yaxın şagirdin təlim-tərbiyəsi ilə 60-a yaxın pedaqoji işçi məşğul olur. 2012-2017-ci illərin qəbul faizinin göstəricilərinə görə Pirallahı Rayonu üzrə fəaliyyət göstərən ümumi təhsil məktəbləri arasında ardıcıl olaraq hər il öz liderliyini qoruyub saxlayır. 2014-cü ildə Pirallahı rayonu üzrə ilk qızıl medala layiq görülən Mahmudov Ervin və bu vaxta qədər rayon üzrə ən yüksək nəticə göstərərək 2015-ci ildə 680 bal toplamış Bunyatov Nurlan da məhz 168 nömrəli tam orta məktəbin məzunları olublar. 2017-ci ildə məktəbin məzunu Bayramov Emil Vüsal oğlu 642 balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub. Həmçinin 2017-2018-ci tədris ilində Pirallahı rayonu üzrə ən yüksək nəticəni 687 balla Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olmuş Məmmədzadə Leyla Teyyub qızı göstərib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi