Milli Qəhrəman Şükür Həmidovun ailəsi ziyarət olundu

17.10.2021-ci il tarixdə 168 nömrəli tam orta məktəbin direktoru Mehparə Mansırova, tədris işləri üzrə direktor müavini  Kəklik Böyükkişiyeva, məktəbin müəllimləri Sevda Alxasova, Aygün Zeynalova, Milli Qəhrəman Şükür Həmidovun adını daşıyan 8 "A" sinfinin şagirdləri və X"A" sinfinin bur qrup şagirdləri (K. A-nın üzvləri) II Fəxri Xiyabanda olublar.Sonra Sumqayıt şəhərində mərhumun ailəsini ziyarət ediblər. Şükür Həmidov 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində Cəbrayıl rayonu istiqamətində yerləşən "Lələtəpə" strateji nöqtəsinin alınması zamanı fərqlənmişdir, buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin 20aprel 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Şükür Həmidov 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Cəbrayıl , Füzuli, və Qubadlıda gedən döyüşlərdə savaşıb, oktyabrın 22-də isə doğulduğu və 18 yaşında didərgin düşdüyü Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi