Nailiyyətlərimiz

"Günəş, Sülh və Çiçək" müsabiqəsində 1-ci olduqMayın 10-da Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində Heydər Əliyevin anadan olmasının 96-cı illiyinə həsr olunmuş “Günəş, Sülh və Çiçək" adlı tədbir keçirilib. Tədbirdə Mədəniyyət Mərkəzinin direktoru Afət İbrahimova, 168, 186, 235 və 243 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi, N saylı hərbi hissənin əsgərləri iştirak edib. Tədbir zamanı məktəblər arasında "Günəş, Sülh və Çiçək" mövzusunda rəsm və rəqs müsabiqələri keçirilib. Tədbirin sonunda münsiflər heyətinin yekun qərarı ilə 168 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi 1-ci yerə layiq görülərək Fəxri Fərmanla təltif olunublar.

7-ci sinif şagirdinin uğuruMəktəbin 7 b sinif şagirdi Əlizadə Şamama Ceyhun qızı Lütfi-Zadə adına III Məntiq Olimpiadasının final mərhələsində fəal iştirakına görə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplomla təltif olunub. Məktəb rəhbərliyi adından Şamamanı təbrik edir, üzərində əməyi olan riyaziyyat və informatika müəllimi Natəvan İsmayılovaya minnətdarlığımızı bildiririk.

Şagirdimizin idman uğuruAzərbaycan İdman İstedadları Mərkəzinin 10.11-15.12.2018-ci il tarixlərdə təşkil etdiyi 8 komandanının iştirakı ilə keçirilmiş çempionatda "ASTA" futbol klubu qalib olub. Komanda üzvləri təşkilat komitəsi tərəfindən kubok, medal və diplomla təltif olunub. "ASTA" FC-nun üzvü məktəbin 6 c sinif şagirdi Tomarov Yunisi və onun komandasını təbrik edirik, onlara bundan da böyük uğurlar arzulayırıq!

HAQQIMIZDA

    168 nömrəli tam orta məktəb 1963- cü ildən Pirallahı qəsəbəsində fəaliyyət göstərir. İlk illərdə 8 illik, iki bölməli məktəb kimi fəaliyyət göstərib. 1969-cu ildə 10 illik...

BİZİM FƏXRLƏRİMİZ

Nurlan Bunyatov Tərlan

Əminə Əsədova Bəşir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi