Nailiyyətlərimiz

Növbəti uğurMəktəbin 6 "C" sinif şagirdi Yusublu Əli “Məhsul” KKHKİC-nin Respublika Şurasının Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında 26 kq çəki dərəcəsindəsində qalib gələrək I yerə layiq görülmüşdür. O, bu möhtəşəm qələbəsinə görə medal və fəxri diplomla mükafatlandırılmışdır. Qeyd edək ki, bu Əli balamızın ilk uğuru deyil. Daha öncə o, Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən Beynəlxalq idman yarışında Yunan-Roma güləşi üzrə 26 kq çəkisində 2000-2005 təvəllüdlü yeniyetmələr arasında qalib gələrək I yerə layiq görülmüşdür. Şagirdimizin bu uğuru bütün sinif yoldaşlarını, eləcə də başda sinif rəhbəri Musayeva Sevda olmaqla məktəbimizin bütün pedaqoji heyət üzvlərini ürəkdən sevindirir.

Müəllimimizin elmi məqaləsi "Elm və həyat" jurnalında nəşr olunubAzərbaycan Milli Elmlər Akademiyasının “Elm və həyat” elmi-populyar jurnalının yeni nömrəsində məktəbimizin ən qabaqcıl pedaqoji təcrübəyə malik, öz savadı, dünyagörüşü ilə sayılıb seçilən müəllimlərindən biri olan coğrafiya müəlliməsi İsmayılova Sədaqətin “Ekologiyanın insan həyatında rolu” mövzusunda elmi məqaləsi nəşr olunub. Məqalədə Ekologiya və müasir insan, insanın həyatında ekologiyanın rolu, ekoloji problemlərin qloballığı kimi aktual məsələlərə toxunulmuş, onların əhəmiyyəti, vacibliyi şərh edilmişdir. Qeyd edək ki, bu Sədaqət müəllimənin ilk uğuru deyil. Daha öncə də onun elmi əhəmiyyətli məqalələri respublikanın ən məşhur elmi məcmuələrində nəşr edilmişdir. 168 nömrəli tam orta məktəbin bütün pedaqoji kollektivi həmkarımızın bu uğuruna ürəkdən sevinir. Bütün həmkarları adından onu səmimi qəlbdən təbrik edir, ona öz yaradıcı, məhsuldar fəaliyyətində daha yüksək zirvələr fəth etməyi arzulayırıq.

İdman uğurlarımız davam edirMəktəbimizin 6 "C" sinif şagirdi Yusublu Əli Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən Beynəlxalq idman yarışında Yunan-Roma güləşi üzrə 26 kq çəkisində 2000-2005 təvəllüdlü yeniyetmələr arasında qalib gələrək I yerə layiq görülmüşdür. O, bu möhtəşəm qələbəsinə görə medal, kubok və fəxri diplomla mükafatlandırılmışdır. 168 nömrəli tam orta məktəbin bütün pedaqoji heyət üzvləri adından Əi balamızı təbrik edir, səsinin hər zaman zirvələrdən eşidilməsini arzulayırıq.

HAQQIMIZDA

    168 nömrəli tam orta məktəb 1963- cü ildən Pirallahı qəsəbəsində fəaliyyət göstərir. İlk illərdə 8 illik, iki bölməli məktəb kimi fəaliyyət göstərib. 1969-cu ildə 10 illik...

BİZİM FƏXRLƏRİMİZ

Ülvi Şükürzadə Cəfər

Ləman Əzizova Mais

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi