Nailiyyətlərimiz

"OLİMPİYA HƏRƏKATI" LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ KEÇİRİLƏN İDMAN YARIŞLARI ÜZRƏ MƏKTƏBİMİZİN UĞURLARIAzərbaycan Respublikası Təhsil Nazirliyinin, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin “Olimpiya Hərəkatı” layihəsi çərçivəsində keçirilən məktəblilərin Bakı şəhər birinciliyində məktəbimizin şagirdləri uğurlu nəticə göstərərək Pirallahı Rayon məktəbliləri arasında Badminton idman növü üzrə I Yer, Atletika idman növü üzrə I Yer, Basketbol idman növü üzrə I yer,Velosiped idman növü üzrə III Yerin qalibi olmuşlar. Məktəbimizin komandası yüksək göstəricisinə, uğurlu nəticəsinə görə Bakı şəhər birinciliyi uğrunda yarışlarda iştirak etmək üçün lisenziya qazanmışdır. Şagirdlərimizin hər birinə bol uğur, müvəffəqiyyət, müəllimlərimizə əməklərinin nəticəsini görməyi arzu edirik.

Beynəlxalq “Bebras” müsabiqəsindəki uğurlarımızMəktəbimiz Beynəlxalq "Bebras" müsabiqəsində 2014-cü ildən iştirak edir. Keçən il məktəb üzrə müsabiqədə iştirakçı olub sertifikat alan 2 şagird olduğu halda, bu il artıq şagirdlərin sayı 20 nəfərə çatmışdır. Daha bir təqdirəlayiq hal isə odur ki, müsabiqədə yüksək nəticə göstərərək sertifikat alan şagirdlərin 5 nəfəri ibtidai sinif şagirdlərimizdir. Müsabiqədə yaxşı nəticə göstərərək sertifikat alan bütün şagirdlərimizi ürəkdən təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.

BEYNƏLXALQ SERTİFİKATA LAYİQ GÖRÜLƏN MÜƏLLİMİMİZ - ALXASOVA SEVDAPirallahı rayonunda öz işi, bacarığı, elmi potensialı ilə yaxşı tanınan Azərbaycan dili və Ədəbiyyat müəllimimiz Alxasova Sevda Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun (ARTPİ) təşkilatçılığı ilə respublikanın təhsil işçiləri üçün “Pedaqoji kadrların peşəkarlığının yüksəldilməsi: mənəvi dəyərlərə əsaslanan təhsil” mövzusunda keçirilən seminarda iştirak etmişdir. İyulun 1-dən 4-nə qədər keçirilən seminarın hər günü üçün Danimarkanın Kopenhagen şəhərindəki ESSE İnstitutunun direktoru, professor Marianna Meyer, direktorun müavini, Petra Fon Kalinovski və institutun təlimçisi, pedaqogika üzrə fəlsəfə doktoru Anita Fridrixin məruzələrinin dinlənilməsi həyata keçirilmişdir. Beynəlxalq təlimçilər seminar zamanı “Ümumbəşəri dəyərlərə əsaslanan təhsil: inteqral təhsil”, “Ümumbəşəri dəyərlərə əsaslanan təhsil fəlsəfəsi: “Edukea” konsepsiyası”, “Müəllim ümumbəşəri dəyərlərin nümunəsi kimi”, “Ümumbəşəri dəyərlər - sevgi, həqiqət, əxlaq, əmin-amanlıq, qeyri-zorakılıq”, “Edukea” üzrə yaradıcılıq məşğələsi”, “Təhsil sahəsində layihələr”, “Metodların xülasəsi”, “İnsan emalatxanası”, “Uşaqlar üçün layihə: mən kiməm”, “Ətraf mühit və sevgi mədəniyyəti” mövzularında məruzələrlə çıxış etmişlər. Seminarın yekununda Alxasova Sevda seminardakı iştirakına və yüksək səviyyəli çıxışlarına görə seminar təşkilatçıları tərəfindən Beynəxlaq sertifikatla mükafatlandırılmışdır. Sevda müəlliməni bütün kollektivimiz adından təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.

HAQQIMIZDA

    168 nömrəli tam orta məktəb 1963- cü ildən Pirallahı qəsəbəsində fəaliyyət göstərir. İlk illərdə 8 illik, iki bölməli məktəb kimi fəaliyyət göstərib. 1969-cu ildə 10 illik...

BİZİM FƏXRLƏRİMİZ

Urfan Əliyev Mübariz

İlqar Orucov Azəri

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi