Təlimlərdə yüksək nəticə göstərən rəhbər heyətimiz mükafatlandırılıbİnnovativ Texnologiyalar Təşkilatı və Təhsil Nazirliyi arasında imzalanmış müqaviləyə əsasən İnnovativ Texnologiyalar Təşkilatı tərəfindən Bakı şəhəri üzrə ibtidai sinif müəllimləri və ümumi təhsil müəssisələrində fəaliyyət göstərən inzibati heyət üçün 3 ay ərzində müvafiq olaraq “İbtidai siniflərdə dərs deyəcək müəllim heyəti üçün tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə” və “Təhsil sisteminin inzibati-idarəetmə heyətləri üçün İKT üzrə savadlılığın artırılmasına yönəldilmiş treninq xidmətləri” adlı təlimlər həyata keçirilib. Keçirilən təlimlərin yekunu olaraq 23 may 2015-ci il tarixində Ərəstun Mahmudov adına 220 saylı məktəb-liseydə keçirilən mükafatlandırma mərasimində İKT savadlılığının artırılması üzrə təlimlərdə yüksək nəticə göstərərək, Təhsil Nazirliyi tərəfindən keçirilən imtahanlarda uğur qazandığına görə tərbiyə işləri üzrə direktor müavinimiz Rəhimova Sevda fərqlənərək, sertifikat və noutbukla, 4 iyun tarixində Park İnn otelində keçirilən mükafatlandırma mərasimində isə direktorumuz Mikayılov Şakir sertifikat və Promethean elektron lövhəsi ilə mükafatlandırılmışdır. Bu uğur kollektivimizin hər bir üzvünü ürəkdən sevindirmişdir. Rəhbər heyətimizin hər iki üzvünü qazandıqları uğurlara görə bütün 168 nömrəli tam orta məktəbin pedaqoji kollektivi adından ürəkdən təbrik edir, uğurlarının bol, davamlı olmasını arzulayırıq. Həmişə xoş sədalarınızı eşidək!
Bakı şəhəri üzrə Çempionatda II yeri qazandıqAzərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilati dəstəyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan İntellektual Oyunlar Klubu tərəfindən “Parlaq Zəka” intellektual oyununun məktəblilər arası 1-ci çempionatının 14 may tarixində məktəbimizdə keçirilən rayon turunda Pirallahı rayonu üzrə olan 4 ümumtəhsil müəssisəsini geridə qoyaraq birincilik qazanan Parlaq Zəkalılarımızdan ibarət olan komandamız çempionatın şəhər mərhələsinin finalına vəsiqə qazanmışdı. 5 iyun 2015 ci il tarixində Şərq Otelinin mərasim zalında keçirilən final oyununda Binəqədi, Yasamal, Xətayi, Nərimanov və Pirallahı rayonlarının 25 ümumtəhsil müsəssisəsinin 5 qalib, finala vəsiqə qazanan komandaları arasında zəkaların mübarizəsi heç də asan olmayıb, gərgin mübarizə şəraitində keçmişdir. Daha öncəki oyunlarda olduğu kimi, mövzular əvvəlcədən məktəb rəhbərilyinin və komanda üzvlərinin nəzərinə çatdırılmışdır. Belə ki, “Səfəvilər”, “Məhəmməd Fizuli”, “ Bəstəkarlarımız”, “Orta əsrlər tarixi” , "Cəlil Məmmədquluzadə’’ kimi milli tematika mövzuları üzrə iddiaçılar öncədən gərgin mübarizəyə hazırlaşmışdılar. Yarışın yekununda rayonumuz 5 rayon üzrə, məktəbimizin Parlaq Zəkaları isə 25 ümumtəhsil müəssisəsi üzrə yüksək nəticə göstərərək II yerin qalibi olmuşdur. Məktəbimizi bu mötəbər yarışda təmsil edən Həsənli Fərid, Şərifli Əbdül, Allahverənli Rüstəm, Cabbarova Dərya və Əhmədov Cəlil müvafiq diplom, medal və dünya, eləcə də Azərbaycan ədəbiyyatının seçmə incilərindən olan bədii kitablarla mükafatlandırılaraq məktəbimizə çempionatın kubokunu qazandırmışlar.
PARLAQ ZƏKA İNTELLEKTUAL OYUNUNUN QALİBİ OLDUQMəktəbimiz Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilati dəstəyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan İntellektual Oyunlar Klubu tərəfindən “Parlaq Zəka” intellektual oyununun məktəblilər arası 1-ci çempionatının qalibi oldu. Pirallahı rayonu üzrə birincilik qazanan komanda üzvlərimiz rayonumuzu və eləcə də, məktəbimizi şəhər çempionatında təmsil etməyə vəsiqə qazandılar.