Nailiyyətlərimiz

Şagirdimiz 1-ci yer qazanıbMəktəbin 7 c sinif şagirdi Qocayev Kamil noyabrın 25-də "Olimpsport" jurnalının təşkilatçılığı ilə Yunan-Roma güləşi üzrə azyaşlılar və yeniyetmələr arasında keçirilən Respublika turnirində 45 kq çəki dərəcəsində 1-ci yerə layiq görülüb.

Direktorumuz mükafatlandırılıbSosial-iqtisadi və mədəni inkişafına öz töhfələrini vermiş, ictimai həyatında fərqlənmiş,keçirilən tədbirlərdə fəal iştirak etmiş bir qrup rayon sakinin Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılıb. Mükafatlandırılanlar arasında məktəbimizin direktoru Mehparə Mansırova da olub. Biz də öz növbəmizdə məktəbin bütün kollektivi adından Mehparə xanımı təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.

Müəllimimiz "Tərəqqi" medalına layiq görülübAzərbaycan Respublikası Prezidentinin 06 mart 2018-ci il tarixli Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərancamına əsasən Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 Mart-Beynəlxalq Qadınlar günü münasibətilə müxtəlif peşə sahələrinin bir sıra qadınları “Tərəqqi” medalı ilə təltif ediliblər. “Tərəqqi” medalına layiq görülən şəxslərdən biri də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Alxasova Sevda Ayaz qızıdır.

HAQQIMIZDA

    168 nömrəli tam orta məktəb 1963- cü ildən Pirallahı qəsəbəsində fəaliyyət göstərir. İlk illərdə 8 illik, iki bölməli məktəb kimi fəaliyyət göstərib. 1969-cu ildə 10 illik...

BİZİM FƏXRLƏRİMİZ

İlqar Orucov Azəri

Kamran Bunyatov Tərlan

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi