Şagirdin idman uğuruMəktəbin 8 "A" sinif şagirdi Dadaşov Yusif Ramiz oğlu 17.03.2024-cü il tarixdə "Favorit Uşu Klubu"nun təşkil etdiyi Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə həsr edilmiş turnirdə (14-15 yaş, 52 kq çəki) I yer qazanıb.
Daha bir qalibiyyətMartın 3-də məktəbin 4 “A” sinif şagirdi Kərimov İlqar Premier Şahmat Məktəbinin təşkil etdiyi IV dərəcə-təsnifat turnirində I yerə layiq görülüb.
Qalib komandaNoyabrın 4-də Bakı Şəhəri Gənclər və İdman İdarəsinin Pirallahı Rayon Sektorunun təşkilatçılığı ilə “8 noyabr Zəfər Günü”nə həsr olunmuş şahmat idman növü üzrə Pirallahı turnirində 168 nömrəli tam orta məktəbin komandası I yerə layiq görülüb. Təşkilat komitəsi tərəfindən qalib komanda kubok və diplomla təltif edilib.