Şagirdlərin uğuruAzərbaycan Şorinciryu Kenkokan Karate-Do Koşiki Karate Federasiyasının təşkil etdiyi Day-Juku Karate (Kudo) üzrə Azərbaycan Birinciyində məktəbin 4 “B” sinif şagirdi Xudafirimov Röyal Kənan oğlu 8-9 yaş arasında 30 kq çəki dərəcəsində I yer, və 7”A” sinif şagirdi Xudafirimov Tuncay Kənan oğlu 12-13 yaş arasında 40 kq çəki dərəcəsində I yer tutaraq təşkilat komitəsi tərəfindən diplom və medalla təltif ediliblər. Qalib şagirdlərimizi təbrik edir, onlara növbəti yarışlarda uğurlar arzulayırıq!
Hərbi bilik yarışının qalib komandasıMəktəbin 10-cu sinif şagirdlərindən ibarət komandası Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş "Böyük Qayıdışın Başlanğıcı" adlı hərbi bilik yarışının qalibi olaraq rayon üzrə 1-ci yerə layiq görülüb. Qalib komandanı və qalibiyyətin əldə olunmasında əməyi olan məktəbin hərbi rəhbəri Əbdülxalıq Mustafayevi təbrik edirik!
Azərbaycan dili və ədəbiyyat müəllimi təltif edilibMəktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Alxasova Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev tərəfindən "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif olunub. Yubiley medalını Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Vasif İmanov Sevda müəllimə təqdim edib. Bu münasibətlə kollektiv adından Sevda müəllimi, səmimi qəlbdən təbrik edirik!