Balaca idmançılarımızın növbəti uğurlarıGənclər və İdman Nazirliyinin təşkil etdiyi “ Bakı 2017 ” Respublika turunun “Koşike-karate ” idman növü üzrə Milli Aviasiya Akademiyasının idman zalında yarış keçirildi. Yarışda iştirak etmiş məktəbin 1 b sinif şagirdləri Süleymanov Turan I, Qəhrəmanov Mikayıl II yerləri qazanmışlar. Şagirdlərimizi təbrik edirik, uğurlarının davamlı olmalarını arzulayırıq.
İdman sahəsində uğurlarımız168 nömrəli tam orta məktəbin komandaları Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyinə həsr olunmuş “Şahmat ” və “Mini futbol ” yarışlarında II yer, “Dama” yarışında isə III yer qazanmışlar.
Təlim - tərbiyə işləri üzrə direktor müavinimiz mükafatlandırıldıBütün kollektivimizin sevimlisi, təlim-tərbiyə işləri üzrə direktor müavinimiz Rəhimova Sevda rayonda gedən quruculuq-abadlıq işlərində, təhsilin inkişafında və mədəni-kütləvi tədbirlərin keçirilməsində daim öz xidmətləri, gərgin əməyi ilə fərqləndiyinə görə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı cənab Vasif İmanov tərəfindən Fəxri Fərmanla təltif edildi. Bu uğuruna görə Sevda müəlliməni məktəb rəhbərliyi və müəllim heyəti adından təbrik edirik.