Gənc Kimyaçılar müsabiqəsiPirallahı rayonu 168 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Bünyatov Nurlan Tərlan oğlu Gənc Kimyaçıların yaradıcılıq müsabiqəsinin Bakı şəhər mərhələsində əldə etdiyi müvəffəqiyyətə görə 3-cü dərəcəli diplomla təltif edilmişdir.
Müəllim və şagirdlərimiz fəxrimizdirMəktəb əldə etdiyi nailiyyətlərinə görə Pirallahı rayonunun ən qabaqcıl məktəbi hesab olunur. Belə ki, məktəbi bitirən məzunlar Azərbaycanda və Azərbaycandan kənarda ən nüfüzlu ali təhsil müəssisələrində təhsil almışlar və alırlar. Məzunlarımızın sırasında nüfuzlu vəzifələrdə çalışanlarımız çoxdur. FHN-nin generalı Bağırov Kamil , Bakıelektrikşəbəkə ASC-nin prezidenti Baba Rzayev və s. Məktəbimizin pedaqoji kollektivinin 30 %-i öz məktəbimizin yetirmələridir. Respublikamızda medal alan 128 məktəbin sırasında bizim məktəbin adı da çəkilir. Belə ki, Mahmudov Ervin Gündüz oğlu bu il qızıl medala layiq görülüb və 659 balla ADA universtetinə qəbul olunub. Bununla yanaşı 2 məzunumuz Babaşirinova Nigar Samir qızı və İbrahimova Mətanət Afiq qızı qəbul olduqları Universitetlərin "SABAH" qruplarında təhsil alırlar. 2014-cü ilin qəbul kampaniyasının nəticəsinə görə məktəbimizin "Ana dili", "Ədəbiyyat", Riyaziyyat", "Fizika", "Tarix", "Coğrafiya", "İngilis dili" fənləri üzrə göstəriciləri orta respublika səviyyəsindən yüksək olmuşdur. Məktəbin bir çox müəllimləri İLİN MÜƏLLİMİ müsabiqəsində, PEDAQOJİ MÜHAZİRƏLƏRDƏ iştirak edərək müəyyən yerlər tutmuşlar. Bunların sırasında Sevda Alxasova, Səkinə Sadıxova , Həsən Niftəliyev , İlhamə Musayeva , Sədaqət İsmayılova və s. adlarını qeyd edə bilərik.
Pirallahı Rayonunun ən qabaqcıl ümumtəhsil məktəbiHər bir xalqın mənəvi həyatını onun ədəbiyyatı və mətbuatı ilə bərabər maarifi və təhsili də əks etdirir. Bu mənada çoxəsrlik zəngin tarixə malik olan Azərbaycan təhsili xalqımızın ən böyük mənəvi sərvətlərindən biridir desək, əlbəttə ki, yanılmarıq. Müəllim, pedaqoq adı bizdə həmişə böyük hörmətlə çəkilib. Azərbaycanda təhsilin inkişaf səviyyəsi daim o qədər yüksək olub ki, o, Yaxın Şərqdə və bütövlükdə Avrasiya məkanında təhsilin, o cümlədən dünyəvi təhsilin inkişafına da önəmli töhfələr vermişdir. Sevindirici haldır ki, 168 saylı tam orta məktəbimizin pedaqoji heyəti də uzun illərdir böyüməkdə olan nəslin milli, vətənpərvər ruhda tərbiyə alması, savadlı, intellektual gənclər kimi yetişməsi üçün bilik və bacarıqlarını əsirgəmirlər. Belə ki, məktəbimizin müəllim kollektivi daim Pirallahı rayonunun və eləcə də, ölkəmizin təhsil sisteminin inkişafına öz töhfəsini verir, əlindən gələn köməyi göstərməyə çalışır. 12. 09. 2013 tarixində Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş, 2012-2013-cü tədris ilinin yekunlarına və 2013-2014-cü tədris ilinin başlanmasına həsr edilmiş Pirallahı rayon müəllimlərinin ilk toplantısı keçirilmişdir. Tədbirdə Pirallahı rayon orta məktəblərinin direktor və müəllim heyəti, həmçinin bu il ali məktəblərə qəbulda yüksək bal toplamış abituriyentlər və onların valideynləri iştirak ediblər. Pirallahı rayonu tam orta məktəblərinin ötən tədris ilindəki nailiyyətləri barədə danışarkən 168 №-li məktəbin uğurları xüsusi qeyd olunaraq, TQDK-nın 168 nömrəli tam orta məktəblə bağlı rəsmi statistik məlumatları rayon ictimaiyətinin nəzərinə çatdırılmışdır. ”2011/2012-ci tədris ilində bu məktəbdən 19 nəfər ali təhsil ocaqlarına qəbul olunmuş, qəbul faizi: məktəbi bitirənlərə nisbətdə - 37%, sənəd verənlərə görə - 45,23% olub. 2012/2013-cü tədris ilində isə ali məktəblərə 36 nəfər qəbul olunub, qəbul faizi: məktəbi bitirənlərə nisbətdə - 60%, sənəd verənlərə görə - 67,92% olub. Ötən illə müqayisədə ali məktəblərə qəbul məktəbi bitirənlərə nisbətdə 23%, sənəd verənlərə nisbətdə 22,69% artıb. Qəbul olunanlardan 28-i Dövlət ali məktəblərinə daxil olublar. Qəbulun keyfiyyət göstəricisi də artıb - ötən il 500-dən çox bal toplayan 1 nəfər, bu il isə 6 nəfər olmuş, o cümlədən 1 nəfər 600-dən yuxarı bal toplamışdır. Daha sonra Bakı şəhəri üzrə Təhsil İdarəsinin aparıcı məsləhətçisi, Pirallahı rayonu üzrə kurator Əfqan İsgəndərov, 168 №-li orta məktəbin direktoru Şakir Mikayılov, həmin məktəbin dil-ədəbiyyat müəllimi Sevda Alxasova, ali məktəblərə qəbulda ən yüksək bal toplamış abituriyent Səriyyə Zeynalova, qəbul imtahanlarında 544 bal toplamış Əliyeva Aygünün valideyni Afət xanım danışaraq, məktəbin müəllim heyətinə öz dərin minnətdarlığını və sonsuz hörmətini ifadə etmişdir. Çıxışlardan sonra yüksək bal toplamış 6 nəfər abituriyentin və şagirdlərinin yüksək bilik əldə etməsində zəhməti olmuş müəllimlərin Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərmanlarla mükafatlandırılması mərasimi keçirilmişdir. Artıq tələbə adı qazanmış məktəbin fəxri məzunları Zeynalova Səriyyə Azər qızı (BDU, 605 bal), Bünyatov Kamran Tərlan oğlu (ADNA, 580 bal), Əliyeva Aygün Elzar qızı (BDU, 544 bal), Hüseynov Səddam Emil oğlu (ADNA, 540 bal), Budaqova Ülkər Vidadi qızı (BDU, 537 bal) və İbrahimova Mətanət Asiq qızına (BDU, 522 bal) Fəxri fərman və mükafat təqdim edilmişdir.. 168 №-li orta məktəbin pedaqoji kollektivinin 7 nəfər üzvü də Fəxri fərmanlarla təltif olunmuşdur.