Azərbaycan dili və ədəbiyyatı aylığı çərçivəsində təqdimatlar nümayiş olunub28.02.2024-cü il tarixində məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə fənn aylığı çərçivəsində Kiçik Akademiya üzvlərinin təqdimatları nümayiş etdirilib. Məktəb rəhbərliyi və müəllimlərin iştirak etdiyi təqdimat tədbirində elmi rəhbərləri Azərbaycan dili və ədəbiyyatı fənn müəllimləri olan şagirdlər müxtəlif mövzular üzrə öz təqdimatlarını nümayiş etdiriblər. Yekunda fəal şagirdlərə diplomlar təqdim olunub.
Coğrafiya aylığı çərçivəsində təqdimatlar nümayiş olunub27.12.2023-cü il tarixində məktəbdə coğrafiya fənni üzrə fənn aylığı çərçivəsində Kiçik Akademiya üzvlərinin təqdimatları nümayiş etdirilib. Məktəb rəhbərliyi və müəllimlərin iştirak etdiyi təqdimat tədbirində elmi rəhbərləri coğrafiya fənn müəllimləri olan şagirdlər müxtəlif mövzular üzrə öz təqdimatlarını nümayiş etdiriblər. Yekunda fəal şagirdlərə diplomlar təqdim olunub.
Fizika aylığı çərçivəsində təqdimatlar nümayiş olunub14.12.2023-cü il tarixində məktəbdə fizika fənni üzrə fənn aylığı çərçivəsində Kiçik Akademiya üzvlərinin təqdimatları nümayiş etdirilib. Məktəb rəhbərliyi və müəllimlərin iştirak etdiyi təqdimat tədbirində elmi rəhbərləri fizika fənn müəllimləri olan şagirdlər müxtəlif mövzular üzrə öz təqdimatlarını nümayiş etdiriblər. Yekunda fəal şagirdlərə diplomlar təqdim olunub.
Tarix fənni üzrə təqdimatlar nümayiş edilib15.11.2023-cü il tarixində məktəbdə tarix fənni üzrə metodbirləşmə sədri Şövqiyyə Əliyevanın təşkilatçılığı ilə fənn aylığı çərçivəsində Kiçik Akademiya üzvlərinin təqdimatları nümayiş etdirilib. Məktəbin direktoru Kamran İsalı, direktor müavinləri və müəllimlərin iştirak etdiyi təqdimat tədbirində elmi rəhbərləri tarix fənn müəllimləri olan şagirdlər tarixi-mədəni abidələr, Şuşa qalası, Azıx mağarası, milli pul nişanları, milli mətbəximiz və digər mövzular üzrə öz təqdimatlarını nümayiş etdiriblər
STEAM layihəsi üzrə təqdimatlar və sərgi nümayiş etdirilib29 dekabr 2022-ci il tarixində məktəbin konfrans zalında Kiçik Akademiyanın fəaliyyət planına uyğun olaraq STEAM layihəsi üzrə təqdimatlar və sərgi nümayiş etdirilib. Tədbirdə məktəbin direktoru İsalı Kamran, direktor müavinləri, STEAM fənnini tədris edən müəllimlər və şagirdlər iştirak ediblər. Şagirdlər təqdimatlarını və əl işlərini nümayiş etdiriblər. Yekunda fəallığı ilə seçilən şagirdlər təltif olunublar.
"Riyazi təfəkkürün inkişafı" adlı elmi konfrans keçirilibKiçik Akademiyanın fəaliyyət planına uyğun olaraq 07.12.2022-ci il tarixində məktəbin konfrans zalında məktəbin riyaziyyat fənn müəllimlərinin elm rəhbərliyi ilə Kiçik Akademiya nəzdində "Riyazi təfəkkürün inkişafı" adlı elmi konfrans keçirilib. Tədbirdə məktəbin direktor müavinləri Natəvan Mustafayeva, Anar Miriyev, elmi rəhbər qismində riyaziyyat fənn müəllimləri və şagirdlər iştirak ediblər. Elmi rəhbərlər tərəfindən tədbir açıq elan edildikdən sonra şagirdlər öz riyazi təqdimatlarını geniş izahlar şəklində tədbir iştirakçılarına təqdim ediblər. Yekunda fərqlənən şagirdlərə kiçik hədiyyələr təqdim olunub. Konfransın keçirilməsində məqsəd riyaziyyat elminin incəlikləri, tarixi və tətbiq sahələrini öyrənmək məqsədilə elmi tədqiqat fəaliyyətinə meylli olan istedadlı şagirdləri vaxtında aşkar etmək, mövcud yaradıcılıq potensialları nəzərə alınmaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir.
"İstedadlı kimyaçılar" adlı təcrübə gecəsi təşkil olunubKiçik Akademiyanın fəaliyyət planına uyğun olaraq 06.12.2022-ci il tarixində məktəbin konfrans zalında "İstedadlı kimyaçılar" adlı təcrübə gecəsi təşkil olunub. Tədbirdə məktəbin direktoru Kamran İsalı, direktor müavinləri Natəvan Mustafayeva, Anar Miriyev, elmi rəhbər qismində kimya fənn müəllimləri və gənc təcrübəçilər qismində şagirdlər iştirak ediblər. Elmi rəhbərlər tərəfindən tədbir açıq elan edildikdən sonra şagirdlər müxtəlif kimyəvi təcrübələri geniş izahlar şəklində tədbir iştirakçılarına təqdim ediblər. Yekunda çıxış edən məktəbin direktoru Kamran İsalı müəllim və şagirdlərə təşəkkür edib və öz tövsiyyələrini təcrübəçi şagirdlərə çatdırıb.
"Həvəskar fiziklər" adlı təcrübə gecəsi təşkil olunubKiçik Akademiyanın fəaliyyət planına uyğun olaraq 29.11.2022-ci il tarixində məktəbin konfrans zalında "Həvəskar fiziklər" adlı təcrübə gecəsi təşkil olunub. Tədbirdə məktəbin direktoru Kamran İsalı, direktor müavinləri Natəvan Mustafayeva, Anar Miriyev, elmi rəhbər qismində fizika fənn müəllimləri və gənc təcrübəçilər qismində şagirdlər iştirak ediblər. Elmi rəhbərlər tərəfindən tədbir açıq elan edildikdən sonra şagirdlər müxtəlif fiziki təcrübələri geniş izahlar şəklində tədbir iştirakçılarına təqdim ediblər. Yekunda çıxış edən məktəbin direktoru Kamran İsalı müəllim və şagirdlərə təşəkkür edib və öz tövsiyyələrini təcrübəçi şagirdlərə çatdırıb.
"Şagirdlərin coğrafi dünyası" adlı dəyirmi masaKiçik Akademiyanın Tədbirlər Planına uygun olaraq, şagirdlərin tədqiqat bacarıqlarını inkisaf etdirmək məqsədilə Coğrafiya müəllimlərinin rəhbərliyi altında dəyirmi masa keçirilmişdir. Dəyirmi masada direktor müavinləri, uşaq birliyi rəhbəri, coğrafiya müəllimləri və şagirdlər iştirak etdilər. İlk öncə keçiriləcək tədqiqatlar haqqında cografiya fənn metodbirləşmə sədri Xədicə Əkbərova məlumat verdi. Coğrafiya müəllimlərinin rəhbərliyi ilə şagirdlərin təqdimatında "Vulkan puskürməsi", "Torpaqların suyu keçirmə qabiliyyəti", "Mağara hazırlamaq", "Buludun yaranması", "Kompasın hazırlanması", "Yerin oz oxu ətrafında hərəkəti"nin göstərilməsi, "Günəş sisteminin planetlərinin təsviri" və "Yerin modelinin hazırlanması" mövzularında tədqiqatlar baş tutmuşdur.
Bioloji təcrübələrMəktəbdə fəaliyyət göstəren Kiçik Akademiyanın tədbirlər planına uyğun olaraq 14 dekabr 2021 - ci il tarixdə məktəbin konfrans zalında şagirdlərin tədqiqat bacarıqlarını inkişaf etdirmək məqsədilə təlim tərbiyə işləri üzrə direktor müavini Natəvan Mustafayevanın rəhbərliyi və biologiya müəllimlərinin təşkilatçılığı ilə bioloji təcrübə adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə təlim - tərbiyə işləri üzrə direktor müavini Natəvan Mustafayeva, tərbiyə işləri üzrə direktor müavini Anar Miriyev, Uşaq birliyi rəhbəri Ətlas Rəhimova, biologiya müəllimləri və şagirdlər iştirak etdilər. Tədbiri giriş sözü ilə açan Natəvan Mustafayeva Kiçik Akademiyanın fəaliyyətindən bəhs etmiş, şagirdlərin tədqiqat bacarıqlarının inkişaf etdirilməsi məqsədilə belə tədbirlərin mütəmadi olaraq keçiriləcəyini vurğulamışdır. Sonra Biologiya metodbirləşmə sədri çıxış etdi və tədqiqat aparan şagirdləri təqdim etdi. Sonda şagirdlər keçirdikləri bioloji təcrübələri tədbir iştirakçıları ilə bölüşdülər.
"Qarabağ Azərbaycandır!"Məktəbdə Kiçik Akademiyanın fəaliyyət planına uyğun olaraq "Qarabağ Azərbaycandır!" adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə məktəbin təlim - tərbiyə işləri üzrə direktor müavini Natəvan Mustafayeva , tərbiyə işləri üzrə direktor müavini Anar Miriyev, Uşaq birliyi rəhbəri Ətlas Rəhimova, məktəbin tarix müəllimləri və şagirdlər iştirak etdilər. Tədbirdə məktəbin tarix metodbirləşmə sədri Şövqiyyə Əliyeva tariximizdə unudulmaz iz qoyan 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandıgı nailiyyətlər, Qarabağın tarixi abidələri haqqında geniş məlumat verdi. Eyni zamanda şagirdlər də vətənpərvərlik ruhunda yazılmış şeirlər, mahnılar səsləndirdi və təqdimatlar nümayiş etdirdilər.
Kiçik Akademiyanın "tədqiqat işinin qurulması" mövzusunda konfransı keçirilib25 may 2021 - ci il tarixdə məktəbdə Kiçik Akademiyanın fəaliyyət planına uyğun olaraq direktor müavinləri və şagirdlərin iştirakı ilə "Tədqiqat işinin qurulması" mövzusunda konfrans keçirilmişdir. Şagirdlər hazırlanmış tədqiqat işləri ilə tanış oldular. Direktor müavinləri Natəvan Mustafayeva və Anar Miriyev tədqiqat işinin hazırlanması, icrası və digər məsələlərlə bağlı şagirdlərə məlumat verdilər.
Lütfi Zadənin anadan olmasının100 illiyi ilə bağlıonlayn konfrans təşkil olunubGörkəmli elm xadimi Lütfi Zadənin anadan olmasının 100 illiyi ilə bağlı məktəbdə tərtib olunan fəaliyyət planı əsasında, eləcə də, məktəbdə fəaliyyət göstərən Kiçik Akademiyanın fəaliyyət planına uyğun olaraq direktor müavinləri, müəllimlər və məktəbin istedadlı şagirdlərinin iştirakı ilə dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq onlayn konfrans keçirilmişdir. Konfransda professeorun elmi yaradıcılıği və ixtiraları haqqında söhbətlər açılmışdır.
“Kiçik tədqiqatçılar” müsabiqəsinin məktəbdaxili mərhələsi keçirilibBakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən məktəbin II - IV sinif şagirdləri arsında “Kiçik tədqiqatçılar” müsabiqəsinin məktəbdaxili mərhələsi keçirilib. “Kiçik tədqiqatçılar” müsabiqəsin keçirilməsində əsas məqsəd ibtidai sinif şagirdlərində tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların gələcəkdə “Kiçik Akademiya”larda, elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təmsil olunmasını təmin etməkdir. Həmçinin tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə layihələrdə iştirak etmək vərdişlərinin formalaşdırılmasına əlverişli şərait yaratmaqdan ibarətdir. Müsabiqənin məktəb mərhələsində məktəbin direktoru Rahim Novruzov, təlim - tərbiyə işləri üzrə direktor müavini Şəfiqə Əlizadə, ibtidai sinif müəllimləri və komanda üzvləri iştirak etdilər. Komandalar şəklində iştirak edən II, III və IV sinif şagirdləri hazırladıqları təqdimatlarla çıxış etdilər. Sonda şagirdlər hazırladıqları təqdimatlara görə digər qruplardan fərqlənən komanda məktəbdaxili mərhələnin qalibi oldu.
"Kiçik Akademiya" nın bir illik görülmüş işlər barədə hesabat tədbiriMəktəbdə rəhbərliyin və müəllimlərin əsas məqsədi təhsilin keyfiyyətini yüksəltmək və şagird nailiyyətlərini artırmaqdan ibarətdir. Bu səbəbdən də məktəbdə mütəmadi olaraq təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində işlər görülür. Məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya" nın da əsas məqsədi sagirdlərin dünyagörüşünü və məntiqi təfəkkürünü inkişaf etdirməkdən ibarətdir. Mayın 27 - də "Kiçik Akademiya" nın bir illik görülmüş işlər barədə hesabat tədbiri keçirildi. Tədbirdə məktəbin direktoru Rahim Novruzov, təlim - tərbiyə işləri üzrə direktor müavini və eyni zamanda KA - nın rəhbəri Natəvan Mustafayeva, tarix, coğrafiya fənləri üzrə metodbirləşmə sədrləri və elmi rəhbərlər çıxış etdilər. Şagirdlər seçdikləri mövzular üzrə hazırladıqları hesabat işlərini təqdim etdilər.
"Kiçik Akademiya"nın Texniki fənlər (riyaziyyat) üzrə hesabat tədbiriMəktəbdə yaradılmış "Kiçik Akademiya"nın məqsədi məktəbin istedadlı şagirdlərinin fəaliyyətini məqsədyönümlü şəkildə inkişaf etdirmək, yüksək intelektə malik yeni nəsli formalaşdırmaqdır. Mayın 23 - də məktəbin konfrans zalında "Kiçik Akademiya"nın Texniki fənlər (riyaziyyat) üzrə hesabat tədbiri keçirilib. Təqdimat iclasında məktəbin direktoru Rahim Novruzov, məktəbdə yaradılmış Kiçik Akademiyanın rəhbəri təlim - tərbiyə işləri üzrə direktor müavini Natəvan Mustafayeva, riyaziyyat fənn metodbirləşmə sədri Almaz Abbasova və Kiçik Akademiyanın riyaziyyat bölməsinin elmi rəhbərləri iştirak etdilər. Tədbirdə çıxış edən məktəbin direktoru Rahim Novruzov “Kiçik Akademiya”nın uşaqların yaradıcılıq və elmi-tədqiqat işlərinə cəlb olunmasında böyük xidmətləri olduğunu qeyd etdi. Direktorun çıxışının ardınca şagirdlər müxtəlif mövzularda hazırladıqları təqdimatları ilə çıxış etdilər. Mövzunun dinləyicilərə daha geniş şəkildə çatdırlmasını təmin etmək məqsədilə şagirdlər mövzu ilə əlaqəli slaydlar da təqdim etdilər. Sonda şagirdlərin yekun hesabat işləri qiymətləndirildi.
Kiçik Akademiya Məktəbdə fəaliyyət göstərən Kiçik Akademiyanın yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən və bu sahədə öz bacarıqlarından istifadə etməyi bacaran və digərlərindən fərqlənən istedadlı şagirdlərin aşkarlanmasında çox böyük rolu var. Məktəbdə yaradılan Kiçik Akademiyanın fəaliyyətinə rəhbərlik tərəfindən mütəmadi nəzarət edilir. Mayın 2 - də məktəbin konfrans zalında Kiçik Akademiyanın tarix, coğrafiya bölmələrinin üzvləri ilə görüş keçirildi. Görüşdə şagirdlərin tədqiqat işləri apararkən qarşılaşdığı problemlərlə bağlı fikir mübadiləsi edildi. Kiçik Akademiyanın rəhbəri təlim - tərbiyə işləri üzrə direktor müavini Mustafayeva Natəvan şagirdlərə tədqiqat işlərinin hazırlanmasında elmi rəhbərləri ilə qarşılıqlı işləmələrini və elmi araşdırmalarda fəal iştirak etmələrini tövsiyə etdi.
"Kiçik Akademiya"nın növbəti elmi yığıncağı“Kiçik akademiya”ların təşkilində əsas məqsəd yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, istedadlı şagirdlərin üzə çıxarılması və onların müasir elmi - tədqiqat metodlarına yiyələnməsindən ibarətdir. Hər bir şagirdin maraqlarına uyğun elmi-tədqiqat işini təşkil etmək üçün ayrı-ayrı bölmələrdə müəllim və şagirdlər komandalar şəklində işləyirlər. Aprelin 5 – də məktəbin tarix metodbirləşmə sədri və eyni zamanda Kiçik Akademiyanın tarix fənn üzrə bölmə rəhbəri Şövqiyyə Əliyevanın təşkilatçılığı ilə Kiçik Akademiyanın üzvlərinin növbəti iclası keçirildi. İclasda bölmə rəhbəri, təlim - tərbiyə işləri üzrə direktor müavini və üzvlər iştirak etdilər. İclasda şagirdlərin fikirləri dinlənildi və müəllim tərəfindən onlara müəyyən məsləhətlər verildi. Şagirdlər həm qrup şəkilində, həm də fərdi şəkildə araşdırmalarda çox fəal iştirak edirlər.
"Kiçik Akademiya"nın ilk konfransı keçirildiKiçik Akademiyanın təşkilində əsas məqsəd elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, tanınmış alim və mütəxəssisləri istedadlı şagirdlərlə işə cəlb etmək və mövcud yaradıcılıq potensialları nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir. Kiçik Akademiyanın üzvlərinin əsas vəzifələri elmi konfranslarda, olimpiadalarda və KA-nın digər tədbirlərində iştirak etmək və şagirdlər arasında elmi bilikləri təbliğ etməkdən ibarətdir. KA-nın fəaliyyətinin tənzimlənməsi məktəbin rəhbərliyi tərəfindən həyata keçirilir. Məktəb səviyyəsində yaradılan MKA çərçivəsində şagirdlər müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparır, məruzə, referat və hesabatlar hazırlayırlar. Həmin işlər həm fərdi, həm də kollektiv şəkildə yerinə yetirilə bilər. MKA çərçivəsində görülmüş işlərə konfrans və seminarlarda yekun vurulur. Bu tədbirlərdə uğurlu nəticələri ilə fərqlənən şagirdlərin zəhmətini dəyərləndirmək üçün müvafiq işlər həyata keçirilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil müəssisələrində "Kiçik Akademiya"ların fəaliyyətinin gücləndirilməsinə dair 29.01.2019 - cu il tarixli F - 67 nömrəli əmrinə əsasən məktəbin konfrans zalında Kiçik Akademiyanın təsis konfransı keçirildi. Konfransda məktəbin direktoru, təlim - tərbiyə işləri üzrə direktor müavinləri, təşkilatçı müavin, UBR, müəllimlər və 9 - 11 -ci snif şagirdləri iştirak etdilər. Dəyirmi masa Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başladı. Direktor Rahim Novruzov və təlim - tərbiyə işləri üzrə direktor müavini Natəvan Mustafayeva çıxış edərək Kiçik Akademiya haqqında şagirdlərə geniş məlumat verdilər. Şagirdlərin fərdi və qrup şəkilində irəli sürdükləri ideyalarının həyata keçirilməsində dəstək olacaqlarını bildirdilər.
Nizami rayonu şəhid Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəb Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1974-c&...
Nizami rayonu şəhid Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəb Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1974-c&...
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi