FƏXRİMİZ

    Kamil Baba oğlu Əyyubov 1964-cü  il oktyabrın 13-də  Bakı  şəhərində  anadan  olub. 1981-ci  ildə 12 nömrəli məktəbin 10-cu  sinfini  bitirib.  1981-1986-cı  illərdə  Azərbaycan Politexnik İnstitutunda (indiki Texniki Universitetdə) Avtomatika və hesablama texnikası fakültəsində təhsil alıb. İnstitutu bitirdikdən sonra Radiozavodda mühəndis kimi işə başlayıb. 1990-cı ildə Qarabağ hadisələri ilə əlaqədar iş yerini dəyişdirərək 771 №-li Dəmir Yol Tikinti-Quraşdırma İdarəsində fəaliyyətini davam etdirib. Xocalıda  dəmir yol  çəkilişində  fəal  iştirak  edib. 

    1991-ci ildə Azərbaycanda Milli Ordu yaranan kimi ora ilk üzv yazılan gənclərdən biri Kamil olur. O, həmin ilin dekabrın 20-də Əskəran rayonunun Meşəli kəndinə  göndərilir. Dekabrın 23-də səhər  saatlarında ermənilərlə  ordunun 10 əsgəri və kənd sakinləri arasında ölüm-dirim mübarizəsində iştirak edir. Kamil döyüş meydanında bir neçə ermənini öldürür və bu zaman düşmən tərəfindən pulemyot  atəşinə tutularaq ağır yaralanır. Yaralı Kamili həkimə çatdırsalar da xeyli qan itirdiyi üçün həyatını xilas etmək mümkün olmur və o, şəhidlik zirvəsinə ucalır.  

   1991-ci il dekabrın 26-da Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. 

   1992-ci ildə Kamil Baba oğlu Əyyubovun adı 12 nömrəli tam orta məktəbə verilib və 1993-cü ildə məktəbdə şəhidin büstü qoyulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi