HAQQIMIZDA

     Nizami rayonu şəhid Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəb Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1974-cü ildə tikilib. Ulu öndər iki dəfə məktəbə gələrək pedaqoji kollektivlə görüşüb və öz tövsiyələrini verib.

    Məktəb Prezident İlham Əliyevin sərancamı ilə əsaslı təmir olunub. 13.09.2014-cü il tarixində dövlət başçımızın iştirakı ilə məktəbin yenidənqurmadan sonra açılışı olub. 

    2016-2017-ci tədris ilində ibtidai siniflər üçün üçmərtəbəli 18 sinif otağından ibarət yeni korpus tikilib. Prezident İlham Əliyev həmin korpusun da açılışında iştirak edib. 
    Məktəb 5 günlük iş rejimində 1 növbədə fəaliyyət göstərir. Hazırki 2024-2025-ci tədris ilində məktəbdə təhsil alan 1590 şagirdin təlim-tərbiyəsi ilə 114 nəfər müəllim məşğul olur.

    Təhsil ocağında 57 sinif otağı, müasir tələblərə cavab verən fənn laboratoriyaları, fənn kabinetləri, linqafon kabineti, informatika,STEAM və qəqəmsal bacarıqlar kabinetləri, akt zalı, konfrans zalı, idman zalı, bufet, idman meydançası, tibb kabineti, arxiv otağı, inzibati heyət otaqları və hərbi kabinet mövcuddur. Məktəb lazımi avadanlıqlarla və kompüterlərlə təmin olunub.

    Hər il məktəbin şagirdləri müxtəlif müsabiqələr, fənn olimpiadaları, intellektual yarışlar, hərbi-idman və idman yarışlarında iştirak edərək müxtəlif nailiyyətlər əldə edirlər.

    2023-2024-cü tədris ilində məktəbin XI sinfini 96 məzun bitirib. Onlardan 60 nəfəri müxtəlif ali təhsil ocaqlarına qəbul olunub. 5 məzunumuz qəbul imtahanında 600 baldan yuxarı nəticə göstərib.

    Məktəbdə "Məktəblinin dostu" layihəsi tətbiq olunmaqdadır. Həmçinin, STEAM və Rəqəmsal bacarıqlar layihələri üzrə dərslər keçirilir. Eləcə də, məktəbin I-IX siniflərində intensiv rus dilinin tədrisi aparılır.

   12 nömrəli tam orta məktəb iki dəfə "Təhsildə inkişaf və innovasiyalar üzrə Qrant müsabiqəsi"nin qalibi olub. Bundan başqa məktəbin rəsmi saytı iki dəfə (2018-2019 və 2021-2022-ci tədris illərində) paytaxtın ümumi təhsil müəssisələri arasında təşkil olunmuş "Ən yaxşı məktəb saytı" müsabiqəsinin də qalibi olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi