"Həvəskar fiziklər" adlı təcrübə gecəsi təşkil olunub

Kiçik Akademiyanın fəaliyyət planına uyğun olaraq 29.11.2022-ci il tarixində məktəbin konfrans zalında "Həvəskar fiziklər" adlı təcrübə gecəsi təşkil olunub. Tədbirdə məktəbin direktoru Kamran İsalı, direktor müavinləri Natəvan Mustafayeva, Anar Miriyev, elmi rəhbər qismində fizika fənn müəllimləri və gənc təcrübəçilər qismində şagirdlər iştirak ediblər. Elmi rəhbərlər tərəfindən tədbir açıq elan edildikdən sonra şagirdlər müxtəlif fiziki təcrübələri geniş izahlar şəklində tədbir iştirakçılarına təqdim ediblər. Yekunda çıxış edən məktəbin direktoru Kamran İsalı müəllim və şagirdlərə təşəkkür edib və öz tövsiyyələrini təcrübəçi şagirdlərə çatdırıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi