"Şagirdlərin coğrafi dünyası" adlı dəyirmi masa

Kiçik Akademiyanın Tədbirlər Planına uygun olaraq, şagirdlərin tədqiqat bacarıqlarını inkisaf etdirmək məqsədilə Coğrafiya müəllimlərinin rəhbərliyi altında dəyirmi masa keçirilmişdir. Dəyirmi masada direktor müavinləri, uşaq birliyi rəhbəri, coğrafiya müəllimləri və şagirdlər iştirak etdilər. İlk öncə keçiriləcək tədqiqatlar haqqında cografiya fənn metodbirləşmə sədri Xədicə Əkbərova məlumat verdi. Coğrafiya müəllimlərinin rəhbərliyi ilə şagirdlərin təqdimatında "Vulkan puskürməsi", "Torpaqların suyu keçirmə qabiliyyəti", "Mağara hazırlamaq", "Buludun yaranması", "Kompasın hazırlanması", "Yerin oz oxu ətrafında hərəkəti"nin göstərilməsi, "Günəş sisteminin planetlərinin təsviri" və "Yerin modelinin hazırlanması" mövzularında tədqiqatlar baş tutmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi