"Riyazi təfəkkürün inkişafı" adlı elmi konfrans keçirilib
Kiçik Akademiyanın fəaliyyət planına uyğun olaraq 07.12.2022-ci il tarixində məktəbin konfrans zalında məktəbin riyaziyyat fənn müəllimlərinin elm rəhbərliyi ilə Kiçik Akademiya nəzdində "Riyazi təfəkkürün inkişafı" adlı elmi konfrans keçirilib. Tədbirdə məktəbin direktor müavinləri Natəvan Mustafayeva, Anar Miriyev, elmi rəhbər qismində riyaziyyat fənn müəllimləri və şagirdlər iştirak ediblər. Elmi rəhbərlər tərəfindən tədbir açıq elan edildikdən sonra şagirdlər öz riyazi təqdimatlarını geniş izahlar şəklində tədbir iştirakçılarına təqdim ediblər. Yekunda fərqlənən şagirdlərə kiçik hədiyyələr təqdim olunub. Konfransın keçirilməsində məqsəd riyaziyyat elminin incəlikləri, tarixi və tətbiq sahələrini öyrənmək məqsədilə elmi tədqiqat fəaliyyətinə meylli olan istedadlı şagirdləri vaxtında aşkar etmək, mövcud yaradıcılıq potensialları nəzərə alınmaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir.