"Qarabağ Azərbaycandır!"

Məktəbdə Kiçik Akademiyanın fəaliyyət planına uyğun olaraq "Qarabağ Azərbaycandır!" adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə məktəbin təlim - tərbiyə işləri üzrə direktor müavini Natəvan Mustafayeva , tərbiyə işləri üzrə direktor müavini Anar Miriyev, Uşaq birliyi rəhbəri Ətlas Rəhimova, məktəbin tarix müəllimləri və şagirdlər iştirak etdilər. Tədbirdə məktəbin tarix metodbirləşmə sədri Şövqiyyə Əliyeva tariximizdə unudulmaz iz qoyan 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandıgı nailiyyətlər, Qarabağın tarixi abidələri haqqında geniş məlumat verdi. Eyni zamanda şagirdlər də vətənpərvərlik ruhunda yazılmış şeirlər, mahnılar səsləndirdi və təqdimatlar nümayiş etdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi