"Kiçik Akademiya" nın bir illik görülmüş işlər barədə hesabat tədbiri
Məktəbdə rəhbərliyin və müəllimlərin əsas məqsədi təhsilin keyfiyyətini yüksəltmək və şagird nailiyyətlərini artırmaqdan ibarətdir. Bu səbəbdən də məktəbdə mütəmadi olaraq təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində işlər görülür. Məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya" nın da əsas məqsədi sagirdlərin dünyagörüşünü və məntiqi təfəkkürünü inkişaf etdirməkdən ibarətdir.
Mayın 27 - də "Kiçik Akademiya" nın bir illik görülmüş işlər barədə hesabat tədbiri keçirildi. Tədbirdə məktəbin direktoru Rahim Novruzov, təlim - tərbiyə işləri üzrə direktor müavini və eyni zamanda KA - nın rəhbəri Natəvan Mustafayeva, tarix, coğrafiya fənləri üzrə metodbirləşmə sədrləri və elmi rəhbərlər çıxış etdilər. Şagirdlər seçdikləri mövzular üzrə hazırladıqları hesabat işlərini təqdim etdilər.