"Kiçik Akademiya"nın növbəti elmi yığıncağı

“Kiçik akademiya”ların təşkilində əsas məqsəd yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, istedadlı şagirdlərin üzə çıxarılması və onların müasir elmi - tədqiqat metodlarına yiyələnməsindən ibarətdir. Hər bir şagirdin maraqlarına uyğun elmi-tədqiqat işini təşkil etmək üçün ayrı-ayrı bölmələrdə müəllim və şagirdlər komandalar şəklində işləyirlər.        Aprelin 5 – də məktəbin tarix metodbirləşmə sədri və eyni zamanda Kiçik Akademiyanın tarix fənn üzrə bölmə rəhbəri Şövqiyyə Əliyevanın təşkilatçılığı ilə Kiçik Akademiyanın üzvlərinin növbəti iclası keçirildi. İclasda bölmə rəhbəri, təlim - tərbiyə işləri üzrə direktor müavini və üzvlər iştirak etdilər. İclasda şagirdlərin fikirləri dinlənildi və müəllim tərəfindən onlara müəyyən məsləhətlər verildi. Şagirdlər həm qrup şəkilində, həm də fərdi şəkildə araşdırmalarda çox fəal iştirak edirlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi