"Kiçik Akademiya"nın Texniki fənlər (riyaziyyat) üzrə hesabat tədbiri
Məktəbdə yaradılmış "Kiçik Akademiya"nın məqsədi məktəbin istedadlı şagirdlərinin fəaliyyətini məqsədyönümlü şəkildə inkişaf etdirmək, yüksək intelektə malik yeni nəsli formalaşdırmaqdır.
Mayın 23 - də məktəbin konfrans zalında "Kiçik Akademiya"nın Texniki fənlər (riyaziyyat) üzrə hesabat tədbiri keçirilib. Təqdimat iclasında məktəbin direktoru Rahim Novruzov, məktəbdə yaradılmış Kiçik Akademiyanın rəhbəri təlim - tərbiyə işləri üzrə direktor müavini Natəvan Mustafayeva, riyaziyyat fənn metodbirləşmə sədri Almaz Abbasova və Kiçik Akademiyanın riyaziyyat bölməsinin elmi rəhbərləri iştirak etdilər.
Tədbirdə çıxış edən məktəbin direktoru Rahim Novruzov “Kiçik Akademiya”nın uşaqların yaradıcılıq və elmi-tədqiqat işlərinə cəlb olunmasında böyük xidmətləri olduğunu qeyd etdi. Direktorun çıxışının ardınca şagirdlər müxtəlif mövzularda hazırladıqları təqdimatları ilə çıxış etdilər. Mövzunun dinləyicilərə daha geniş şəkildə çatdırlmasını təmin etmək məqsədilə şagirdlər mövzu ilə əlaqəli slaydlar da təqdim etdilər. Sonda şagirdlərin yekun hesabat işləri qiymətləndirildi.