“Kiçik tədqiqatçılar” müsabiqəsinin məktəbdaxili mərhələsi keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən məktəbin II - IV sinif şagirdləri arsında “Kiçik tədqiqatçılar” müsabiqəsinin məktəbdaxili mərhələsi keçirilib. “Kiçik tədqiqatçılar” müsabiqəsin keçirilməsində əsas məqsəd ibtidai sinif şagirdlərində tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların gələcəkdə “Kiçik Akademiya”larda, elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təmsil olunmasını təmin etməkdir. Həmçinin tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə layihələrdə iştirak etmək vərdişlərinin formalaşdırılmasına əlverişli şərait yaratmaqdan ibarətdir. Müsabiqənin məktəb mərhələsində məktəbin direktoru Rahim Novruzov, təlim - tərbiyə işləri üzrə direktor müavini Şəfiqə Əlizadə, ibtidai sinif müəllimləri və komanda üzvləri iştirak etdilər. Komandalar şəklində iştirak edən II, III və IV sinif şagirdləri hazırladıqları təqdimatlarla çıxış etdilər. Sonda şagirdlər hazırladıqları təqdimatlara görə digər qruplardan fərqlənən komanda məktəbdaxili mərhələnin qalibi oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi