Kiçik Akademiya
Məktəbdə fəaliyyət göstərən Kiçik Akademiyanın yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən və bu sahədə öz bacarıqlarından istifadə etməyi bacaran və digərlərindən fərqlənən istedadlı şagirdlərin aşkarlanmasında çox böyük rolu var.
Məktəbdə yaradılan Kiçik Akademiyanın fəaliyyətinə rəhbərlik tərəfindən mütəmadi nəzarət edilir. Mayın 2 - də məktəbin konfrans zalında Kiçik Akademiyanın tarix, coğrafiya bölmələrinin üzvləri ilə görüş keçirildi. Görüşdə şagirdlərin tədqiqat işləri apararkən qarşılaşdığı problemlərlə bağlı fikir mübadiləsi edildi. Kiçik Akademiyanın rəhbəri təlim - tərbiyə işləri üzrə direktor müavini Mustafayeva Natəvan şagirdlərə tədqiqat işlərinin hazırlanmasında elmi rəhbərləri ilə qarşılıqlı işləmələrini və elmi araşdırmalarda fəal iştirak etmələrini tövsiyə etdi.