Kiçik Akademiya

“Gənclər Gələcəyimizin Qarantıdır” adlı tədbir keçirilib3 Fevral 2020-ci il tarixində Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı, eyni zamanda “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyi, 3 saylı Bakı “ASAN xidmət” mərkəzi və 53 №li tam orta məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın tərəfdaşlığı ilə 2 Fevral Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gənclər Gələcəyimizin Qarantıdır” devizi altında həyata keçiriləcək “Kitabxana və könüllülər-Yeni İmkanlar Məkanı” adlı layihə əsasında dəyirmi masa keçirildi. Tədbirdə Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktor müavini Zahirə Dadaşova və “İqtisadçı Tələbələrə Dəstək” İB-in sədr müavini, "Kiçik Akademiya"nın Idarə Heyətinin sədri Orxan Vəliyev çıxış edərək layihə haqqında ətraflı məlumat verdilər. Həmçinin, tədbirdə kitabxananın əməkdaşları və oxucuları, “İqtisadçı Tələbələrə Dəstək” İB-in üzvləri, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllüləri iştirak etdilər. Layihə gənclərdə böyük təəssürat doğurdu. Tədbir çərçivəsində layihə ilə bağlı fikir mübadiləsi aparıldı, gənclərə maraqlı olan suallar cavablandırıldı.

Ətraflı

MƏKTƏB "KİÇİK AKADEMİYA"NIN TƏŞKİL ETDİYİ CONVERSATİON CLUBU uğurla başa vurmuş şagirdlərə sertifikat verildiMƏKTƏB "KİÇİK AKADEMİYA"NIN TƏŞKİL ETDİYİ CONVERSATİON CLUBU UĞURLA başa vurmuş şagirdlərə sertifikatlar verildi.

Ətraflı

MƏKTƏB "KİÇİK AKADEMİYA"NIN TƏŞKİL ETDİYİ CONVERSATİON CLUB YEKUNLAŞDI01.12.2019-cu il tarixində MƏKTƏB "KİÇİK AKADEMİYA"NIN TƏŞKİL ETDİYİ CONVERSATİON CLUB yekunlaşdı. Conversation Clubun razılaşdırılmış qaydalarına uyğun olaraq dərslərdə iştirak etmiş şagirdlərə SERTİFİKATların verilməsi üçün razılıq təqdimatı tərəfdaş müəssisəyə göndərildi. SETİFİKAT üçün müvafiq tələblərə riayət edən şagirdlərin siyahısı: 1. Miralıyeva Mədinə Üzeyir qızı 2. Cəbrayılzadə Zeynəb Elnur qızı 3. Nəsirli Muxsə Elnur qızı 4. Məmmədzadə Əli Fuad oğlu 5. Bayramlı Nigar Nəbi qızı 6. Kazımov Mirhüseyn Seyran oğlu

Ətraflı

“Kiçik Akademiya” üzvləri arasında tədqiqatçılıq müsabiqəsinin məktəbdaxili mərhəlsi keçirldi02.12.2019-cu il tarixində “Kiçik Akademiya” üzvləri arasında tədqiqatçılıq müsabiqəsinin məktəbdaxili mərhəlsi keçirildi. Müsaqbiqəyə təqdim edilmiş 8 tədqiqat işindən qalib olaraq 9c sinif şagirdi Jalə Nəsirovanın "Alternativ enerji mənbələri" adlı tədqiqat işi seçildi. Qalib iş müsabiqənin şəhər turuna təqdim edildi.

Ətraflı

“Kiçik Akademiya” üzvləri arasında tədqiqatçılıq müsabiqəsinin keçirilməsinə dair məktəbdaxili təşkilat komitəsinin yaradılması üçün iclas keçirildi22.11.2019-cu il tarixində akademiya üzvləri, akademiya elmi rəhbərləri və biologiya, coğrafiya, fizika fənn müəllimləri ilə birlikdə iclas keçirildi.

Ətraflı

12 NOYABR "KONSTİTUSİYA GÜNÜ"NƏ HƏSR EDİLMİŞ TƏLİM12.07.2019-cu il tarixində 53 №li tam orta məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya"-nın, 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin və Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən "İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyi"nin birgə təşkilatçılığı ilə məktəbin bir qrup şagirdlərinə 12 noyabr "Konstitusiya Günü"-nə həsr olunmuş "Azərbaycan Konstitusiyası Dünya Hüquq Normalarına əsaslanır" adlı təlim keçirildi. Təlimdə Məktəb "Kiçik Akademiya"-nın İdarə Heyətinin sədri, MKA Ali Şurasının Fəxri üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin 1-ci kurs tələbəsi, həmin universitetdə fəaliyyət göstərən "İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyi"nin Maliyyə və mühasibat Falültəsi üzrə sədri Orxan Vəliyev və təlimçi qismində 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin könüllüləri-BDU TGTnin Hüquq Fakültəsi üzrə sədri Firavan Əlizadə, BDU TGTnin Hüquq Fakültəsi üzrə sədr müavini Mədinə Bağırova iştirak etdi. Təlimi giriş sözü ilə Orxan Vəliyev açaraq belə bir təlimin 53 №li tam orta məktəbdə təşkil edilməsi və MKA ilə əməkdaşlıq etdikləri üçün 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin heyətinə, Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyinə və həmin universitetdə fəaliyyət göstərən "İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyi"nin rəhbərliyinə təşəkkürlərini elan edərək belə təlimlərin vacibliyindən söz açıb, belə təlimlərin tez-tez keçirilməsinin nəzərdə tutulduğunu bildirdi. Təlimçilər şagirdlərə təlimin mövzularına uyğun olaraq Hüquq, Vəzifə, Qanun, Konstitutsiya haqqında ətraflı məlumat verərək ilkin və əsas anlayışların təşkilini təmin etdi. İnteraktiv təlimdə şagirlərlə fəal sorğu aparıldı. Şagirdlər təlimdən yüksək təəssüratla ayrıldılar.

Ətraflı

MƏKTƏB "KİÇİK AKADEMİYA"NIN TƏŞKİL ETDİYİ CONVERSATİON CLUBA START VERILDIProfessional müəllimlər tərəfindən ingilis dilində aparılan danışıq kluba bu gündən etibarən start verildi. MKA üzvləri Conversation Club-a qoşularaq ingilis dilində danışıq qabiliyyətlərini daha da inşikaf etdirə biləcəklər. Conversation Club-da iştirak etmək yalnız MKA üzvləri üçün tamamilə ödənişsizdir. İştirak edən şagirdlərə (1 ay,hər həftə sonu,ümumilikdə 4 dəfə) dil səviyyələrinə uyğun olaraq müvafiq SERTİFİKAT veriləcəkdir. Qeyd edək ki, CONVERSATION CLUBlar məltəbimizdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın təşkilatçılığı və GREATFORD Abituriyent kurslarının əməkdaşlığı ilə keçirilir.

Ətraflı

"UŞAQLARIN CİNSİ İSTİSMAR VƏ CİNSİ SUİ-İSTİFADƏDƏN MÜDAFİƏ OLUNMASI" TƏLİMİ07.11.2019-cu il tarixində 53 №li tam orta məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın, 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin və Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən "İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyi"nin birgə təşkilatçılığı ilə məktəbin 8E sinif şagirdlərinə hər il ölkəmizdə 20 oktyabr-20 noyabr "UŞAQ HÜQUQLARI AYLIĞI" çərçivəsində "Uşaqların cinsi istismar və cinsi sui-istifadədən müdafiə olunması" mövzusunda təlim keçirildi. Təlimdə Məktəb "Kiçik Akademiya"nın prezidenti, tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova, 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin "Könüllülər üzrə məsul şəxsi" Ələsgər Əhmədov və təlimçi qismində MKA-nın İdarə Heyətinin sədri, MKA Ali Şurasının Fəxri üzvü, "Uşaq Hüquqlarının pilləli tədrisi" üzrə trener, 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin məzun könüllüsü, Azərbaycan Dövlət İqtisad Universitetinin 1-ci kurs tələbəsi, həmin universitetdə fəaliyyət göstərən "İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyi"nin Maliyyə və mühasibat Fakültəsi üzrə sədri Orxan Vəliyev iştirak etdi. Təlimi giriş sözü ilə Lalə Nəsirova açaraq belə bir təlimin 53 №li tam orta məktəbdə təşkil edilməsi və MKA ilə əməkdaşlıq etdikləri üçün 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin heyətinə, şəxsən Ələsgər Əhmədova; Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyinə şəxsən Ədalət Muradova və həmin universitetdə fəaliyyət göstərən "İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyi"nin rəhbərliyinə, şəxsən Adnan Nəcəfova böyük təşəkkürlərini elan etdi. Təlimçi Orxan Vəliyev şagirdlərə təlimin mövzularına uyğun olaraq Hüquq, Vəzifə, Qanun, Konstitutsiya, Uşaq hüquqları, Konvensiya, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili, Uşaq Hüquqları Konvensiyası haqqında ətraflı məlumat verərək ilkin və əsas anlayışların təşkilini təmin etdi. İnteraktiv təlimdə şagirlərlə fəal sorğu aparıldı. Sonda 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin "Könüllülər üzrə məsul şəxsi" Ələsgər Əhmədov çıxış edərək 53 №li tam orta məktəbin və Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyinə təşəkkürünü bildirdi və belə təlimlərin vacibliyindən söz açaraq qeyd edilən Təhsil müəssisələri və həmin müəssisələrdə fəaliyyət göstərən təşkilatlarla birgə fəaliyyət istiqamətində görüləcək işlərin davamlı olacağını bildirdi. Təlimdə fəal iştirak etmiş 5 şagird "Şəhadətnamə"lərlə təltif edildi. Şagirdlər təlimdən yüksək təəssüratla ayrıldılar.

Ətraflı

Conversation Clubın ilk səviyyə imtahanı03.11.2019-cu il tarixində Məktəb "Kiçik Akademiya"nın təşkil etdiyi və GREATFORD Abituriyent kurslarının əməkdaşlığı ilə keçiriləcək olan Conversation clubların ilk səviyyə imtahanı keçirildi.

Ətraflı

--Xəbər hazırlıq mərhələsindədir...

Ətraflı

MƏKTƏB "KİÇİK AKADEMİYA"NIN TƏŞKİL ETDİYİ CONVERSATİON CLUBDiqqət!!! Məktəb "Kiçik Akademiya"nın üzvlərinin nəzərinə! MKA-nın təşkikatçılığı və "GreadforD Abituriyent" kurslarının əməkdaşlığı ilə sizlər üçün hazırlanmış möhtəşəm layihəyə hər bir MKA üzvünü dəvət edirik! Professional müəllimlər tərəfindən ingilis dilində aparılan danışıq klubu oktyabr ayının sonu-noyabr ayının əvvəlindən başlayaraq hər həftə sonu olacaqdır. Conversation Club-a qoşularaq ingilis dilində danışıq qabiliyyətinizi daha da inşikaf etdirə bilərsiniz. Conversation Club-da iştirak etmək yalnız MKA üzvləri üçün tamamilə ödənişsizdir. İştirak edən şagirdlərə (1 ay,hər həftə sonu,ümumilikdə 4 dəfə) dil səviyyələrinə uyğun olaraq müvafiq SERTİFİKAT veriləcəkdir. Dəqiq vaxt, saat haqqında qeydiyyat bitdikdən sonra sizlərə məlumat veriləcəkdir. Qeydiyyat linki tezliklə aktiv olunacaq.

Ətraflı

MƏKTƏB "KİÇİK AKADEMİYA"NIN ELAN ETDİYİ VAKANSİYALAR ƏSASINDA MÜRACİƏT ETMİŞ NAMİZƏDLƏRLƏ MÜSAHİBƏ MƏRHƏLƏSİMəktəb "Kiçik Akademiya"nın elan etdiyi vakansiyalar əsasında müraciət etmiş namizədlərlə müsahibə mərhələsi keçirildi. Müsahibədə məsul şəxs qismində MKA-nın İdarə Heyətinin sədri Orxan Vəliyev iştirak edirdi. Namizədlər müsabiqənin qaydalarına uyğun olaraq keçirilən müsahibədə hər bir namizəd üçün rəy qeyd edildi və müvafiq ballarla qiymətləndirildi.

Ətraflı

53 №Lİ TAM ORTA MƏKTƏBDƏ FƏALİYYƏT GÖSTƏRƏN MƏKTƏB "KİÇİK AKADEMİYA"NIN İDARƏ HEYƏTİNDƏ MÜVAFİQ VƏZİFƏ TUTAN ŞƏXSLƏRİN QEYDİYYATIHörmətli şagirdlər, bildiyiniz kimi 18.09.2018-ci il tarixindən məktəbimizdə "Kiçik Akademiya"(MKA) fəaliyyət göstərir. Məlumdur ki, akademiyanın əsas məqsədi istedadlı şagirdləri vaxtında aşkar edib onları düzgün istiqamətləndirməkdirki, bu hədəfə çatmaq üçün müvafiq olaraq elmi rəhbərlər və alimlər səfərbər edilmişdir. Bu ildən etibarən akademiya gücləndirilmişiş rejiminə keçmişdir. Nəzərinizə çatdıraq ki, Məktəb "Kiçik Akademiya"nın İdarə Heyətində müvafiq vəzifə tutan şəxslərin qeydiyyatı başlamışdır. Qeydiyyat 20.10.2019-cu il tarixinədək davam edəcək. Yalnız qeydiyyatdan keçmiş şəxslər akademiya ilə olan əlaqələrini davam etdirə biləcəklər. Qeydiyyatdan keçmiş hər bir kəsə xidməti vəsiqə veriləcək. Qeydiyyat linki: https://forms.gle/zuuzMWWuyqJgyAza9

Ətraflı

MƏKTƏB "KİÇİK AKADEMİYA"NIN RƏHBƏRLİYİNİN 8-11-Cİ SİNİF ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞÜ07.10.2019-cu il tarixində 53 №li tam orta məktəbdə fəaliyyət göstərən Məktəb "Kiçik Akademiya"nın rəhbərliyi məktəbin 8-11-ci siniflərində təhsil alan şagirdlərlə görüş keçirdi. Tədbiri giriş sözü ilə MKA-nın prezidenti, tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova açdı. Daha sonra MKA-nın sabiq prezidenti və İdarə Heyətinin sədri Orxan Vəliyev çıxış edərək şagirdlərə akademiya haqqında ümumi, ətraflı məlumat verdi. Akademiyanın məqsəd və vəzifələrinə, gələcəkdə keçiriləcək layihələrin mahiyyətinə yaxından bələd olan şagirdlər akademiyaya böyük maraqla yanaşdılar. Daha sonra şagirdlərə maraqlı olan suallar cavablandırıldı.

Ətraflı

Akademiya daxili vəzifələr üzrə vakansiyaHörmətli şagirdlər , bildiyiniz kimi 18.09.2018-ci il tarixindən məktəbimizdə "Kiçik Akademiya"(MKA ) fəaliyyət göstərir. Nəzərinizə çatdıraq ki, akademiyanın əsas məqsədi istedadlı şagirdləri vaxtında aşkar edib onları düzgün istiqamətləndirməkdirki bu hədəfə çatmaq üçün müvafiq olaraq elmi rəhbərlər və alimlər səfərbər edilmişdir. Bu ildən etibarən MKA-nın idarə heyətində müvafiq vəzifələr üzrə aşağıdakı vakansiyalar elan edilib: ★ Vitse prezidentlər ★ Şagird Elmi Cəmiyyətinin sədri ★ ŞEC sədr müavinləri ★ Idarə heyəti üzvləri ★ Akademiyanın üzvləri Qeyd edilmiş vakansiyalara uyğun namizədlər aşağıda qeyd edilmiş link vasitəsilə qeydiyyatdan keçə bilər. https://docs.google.com/forms/d/e/1FAIpQLSd-uM5ON4AEQoJ7-OFWZlP2HAPquYBKuO9nGzLUcb58vC8h4w/viewform?usp=sf_link Qeyd edək ki qeydiyyatdan keçmiş şəxslər ilə müsahibə mərhələsi keçiriləcəkdir.

Ətraflı

Müəllimlər gününüz mübarəkƏziz müəllimlər, hər birinizi 5 oktyabr "Müəllimlər günü" münasibətilə səmimi qəlbdən təbrik edir, sizlərə uzun ömür, can sağlığı, möhkəm səbr və işlərinizdə uğurlar arzulayıram. Hər biriniz çox şərəfli və müqəddəs bir peşəni icra edirsiniz. Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini - uşaqları, öz ümidini, öz gələcəyini müəllimə etibar edir. Bununla sanki məktəbin, müəllimin məqsədi, vəzifəsi müəyyənləşdirilir - xalqın, dövlətin gələcəyini formalaşdırmaq, "Təhsil Haqqında" qanunda göstərildiyi kimi, "Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir". Bəli, müəllimlik çox şərəfli peşədir - vəzifədir, şərəfli olduğu qədər də mürəkkəb, məsuliyyətli vəzifədir. Bu çətin, şərəfli və məsuliyyətli peşəni uğurla icra etdiyiniz üçün hər birinizi təbrik edirəm. Hörmətlə, Məktəb "Kiçik Akademiya"nın Idarə Heyərinin sədri Orxan Vəliyev.

Ətraflı

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimi keçirildiBu gün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə növbəti dəfə 2019-cu il, 27-29 sentyabr tarixində Bakı İdman Sarayında keçirilən VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimi keçirildi. Tədbirdə Məktəb"Kiçik Akademiya"nın sabiq prezidenti, MKA Ali Şurasının Fəxri üzvü və MKA-nın İdarə heyətinin sədri Orxan Vəliyev şəxsən iştirak edərək sərgi ilə yaxından tanış olub, ən son yeniliklər barədə ətraflı məlumat aldı. Tədbirdən yüksək təəsüratla ayrılmış Orxan Vəliyev məktəb şagirdlərinində sərginin davam edəcəyi günlərdə məktəbin kollektivi ilə bərabər sərgidə iştirak etməsini tövsiyyə etdi.

Ətraflı

Məktəb "Kiçik Akademiya"nın Ali Şurasının tərkibi dəyişdirildi---

Ətraflı

53 saylı tam orta məktəbdə fəaliyyət göstərən Məktəb "Kiçik Akademiya" prezidentinin 2018-2019-cu tədris ilinə dair hesabatı“Kiçik Akademiya” prezidenti Orxan Vəliyevin 2018-2019-cu tədris ilində akademiya daxilində görülmüş işlərə dair HESABATI Məktəb “Kiçik Akademiya”(MKA) məktəbimizdə 18.09.2018-ci ildən fəaliyyətə başlamış-dır. Fəaliyyətə başladığı gündən bu günə qədər əsasən 9-11, istisna olaraq isə 7 və 8-ci siniflərdə təhsil alan istedadlı-elmi tədqiqat fəaliyyətinə meyilli şagirdləri vaxtında aşkara çıxararaq, bu sahədə səmərəli fəaliyyət mexanizminin yaradılmasına köməklik göstərib, mövcud yaradıcılıq potensiallarını nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirməyi əsas məqsəd kimi qarşıya qoymuşdur. Şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, şagirdlərdə elmi dünyagörüşün formalaşdırılması istiqamətində sistemli işin aparılmasını təmin etmək məqsədi ilə daima tanınmış alim və mütəxəssislərlə istedadlı şagirdləri görüşdürüb onları birgə işə cəlb edir, şagirdlərin elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təşkilatlanmasını təmin edirik. Yaradıldığı ilk gündən istedadlı şagirdlər üçün maraq mənbəyinə çevrilmiş KA-dan hal hazırda 74 şagird daimi yararlanır. İlk fəaliyyətə başladıqda KA-nın tərkibi 5 elmi-bölmədən ibarət olsada hal hazırda elmi blmələrin sayı 6-dır. Şagirdlər arasında ən çox maraq texniki bölməyə göstərilir. Görülmüş işlər barədə mütəmadi olaraq KA-nın rəsmi saytına xəbər yerləşdirilmiş, məktəb rəhbərliyinə ətraflı məlumat verilmişdir. Ali Şuranın iclasları vaxtı-vaxtında keçirilmiş, şagirdlərin, bölmə rəhbərlərinin, Şagird Elmi Cəmiyyətinin üzvlərinin hesabatları dinlənilmiş, müvafiq istiqamətləndirici tapşırıqlar verilmişdir.KA-nın bu illik işlərinə 13.06.2019-cu il tarixində keçirilmiş iclasda yekun vurulmuş, növbəti ildə görüləcək işlər barədə müzakirə aparılmış və 2019-2020-ci ilin fəaliyyət planının hazırlanmasına dair müvafiq göstərişlər verilmişdir. İmza: Orxan Vəliyev 13 iyun 2019-cu il

Ətraflı

BREYNRİNQ İNTELLEKTUAL MÜSABİQƏSİNƏ QEYDİYYAT BİTİBHörmətli şagirdlər!!! Nəzərinizə çatdıraq ki, məktəbimizdə keçiriləcək "Breyn rinq" intellektual müsabiqəsinə qeydiyyat bitmişdir. Yaxın günlərdə müsabiqənin keçirilmə tarixi barədə sizlərə mail poçtlarınız vasitəsi ilə məlumat göndəriləcəkdir. Müsabiqə məktəbin akt zalında keçiriləcək. Diqqətinizə görə təşəkkür edirik. Məktəb "Kiçik Akademiya" Təşkilat komitəsi

Ətraflı

Yer kürəsinin ad günü22 aprel 2019-cu il tarixində 53№-li tam orta məktəbin Akt zalında ümumdünya Yer günü münasibətilə "Yerin ad günü" qeyd edildi.Tədbir məktəbin coğrafiya müəllimi, Məktəb"Kiçik Akademiya"nın coğrafiya-ekologiya üzrə elmi rəhbəri Vəfa Süleymanovanın təşkilatçılığı, BDU-nun coğrafiya fakültəsinin təcrübəçi tələbələri,Kiçik Akademiya və məktəbin VII"ç", VII"d", VII"e", VIII"a", VIII"b", VIII"c" sinif şagirdlərinin iştirakı ilə həyata keçirildi. Şagirdlərin simasında Günəş sistemi planetləri və Yer kürəsinin materiklərinin obrazı yaradıldı.Maraqlı səhnələr "Kim? Nə? Harada?" bilik yarışması ilə növbələşdi. Məktəb "Kiçik Akademiya"nın prezidenti Orxan Vəliyev yarışın qaliblərini və akademiya fəaliyyətə başladığı gündən çox böyük elmi-ictimai fəallıq göstərdiyi üçün Vəfa Süleymanovanı "Kiçik Akademiya" və məktəb rəhbərliyi adından fəxri fərmanlarla təltif etdi. Tədbirdə maraqlı slaydlar, istedadlı şagirdlərin musiqi nömrələri nümayiş olundu. Həmçinin istedadlı şagirdlərin düzəltdikləri rəsmlər də maraqla izlənildi. Sonda tədbir məktəbin direktoru Firəngiz Həsənova və BDU-dan qonaq qismində dəvət olunmuş professor və müəllim heyətinin çıxışları ilə yadda qaldı.

Ətraflı

Breynrinq intellektual müsabiqəsi keçiriləcək(Elan)Məktəbimizin 8-11-ci sinif şagirdlərinin nəzərinə!!! Məktəbimizdə "Kiçik Akademiya"nın əsas təşkilatçılığı və "Məktəblinin dostu" pilot layihəsinin əməkdaşlarının tərəfdaşlığı ilə 28 may "Respublika" gününə həsr edilmiş "Breyn rinq" intellektual müsabiqəsi keçiriləcək. Müsabiqədə iştirak etmək istəyən şagirdlər Məktəb“Kiçik Akademiya”sına(Otaq 35) müraciət edə bilərlər. Müsabiqədə iştirak edən komandaların hər biri 6 nəfərdən ibarət olmalıdır. Müsabiqədə iştirak online rejimdə aparılır(Qeydiyyat linki aşağıda qeyd olunub). Müsabiqə məktəbin akt zalında keçiriləcək. Qeyd: Müsabiqə haqqında hər hansı əlavə məlumat üçün “Kiçik Akademiya”nın whatsapp və gmail ünvanına müraciət edə bilərsiniz. Kiçik Akademiya: Gmail: [email protected] Whatsapp: +994773304515 Müsabiqəni əhatə edən mövzular: • Ümumi dünya görüşü Qeydiyyat linki: https://forms.gle/PUR7ARbjvuuWT6x99 Qeydiyyat üçün son tarix: 10.05.2019

Ətraflı

Hidrosferin çirklənməsi problemi15.03.2019-cu ildə məktəbin "Konfrans" zalında "Kiçik Akademiya"nın növbəti tədbiri keçirildi. Tədbirdə rəhbərlik qismində məktəbin tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova; təlim-tərbiyə işləri üzrə direktor müavini, Məktəb"Kiçik Akademiya"nın Ali Şurasının fəxri üzvü Aybəniz Qurbanova; Məktəb"Kiçik Akademiya"nın prezidenti Orxan Vəliyev, qonaq qismində isə BDU-un Azərbaycan coğrafiyası, coğrafiyanın tədrisi, metodikası kafedrasının müəllimi Firəngiz Qasımova və universitetin təcrübəçi tələbələri iştirak edirdilər. "Hidrosferin çirklənməsi" probleminin həllinə həsr edilmiş tədbir "Kiçik Akademiya"nın Ekologiya bölməsi üzrə elmi rəhbəri Vəfa Süleymanovanın təşkilatçılığı ilə keçirilirdi. Tədbiri giriş sözü ilə açan Vəfa Süleymanova problemin qloballığını bildirdi. Tədbirdə məktəbin 7ç və 8a sinifi öz çıxışlarını təqdim etdilər.

Ətraflı

Yusifin nəaliyyətiUNESKO-nun Beynəlxalq Layihələrin Tətbiqi Mərkəzinin, UNESKO nəzdində Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının dəstəyi ilə keçirilən, Azərbaycandan isə "Resurs" Gənclərin İnkişafı Mərkəzinin, NUR ART HOUSE Qalereyasının və "Educenter" mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan "Dūnyanin səsini duyaq" gənc istedadların birinci beynəlxalq müsabiqəsi başa çatdı. Martın 10-da qaliblər mükafatlandırıldı. Dünyanın 12 ölkəsindən müsabiqəyə qatılan uşaqlar içərisindən qalib seçilənlər arasında Bakı şəhəri 53 nömrəli orta məktəbin 7-ci sinif şagirdi, Məktəb "Kiçik Akademiya"nın üzvü-Yusif Süleyman da var. O, müsabiqənin “texniki yaradıcılıq” nominasiyasında 1-ci yerə layiq görülüb. Bizdə Məktəb və "Kiçik Akademiya" rəhbərliyi olaraq Yusifi bu nəaliyyətinə görə təbrik edir, uğurlarının davamlı olmasını diləyirik...

Ətraflı

Gələcəyimiz istehlaka münasibətimizin dəyişməsindən asılıdır(Məqalə)Hörmətli oxucular, ilk növbədə sizin hamınızı salamlayıram. Mən-Vəliyev Orxan Fərmayıl oğlu Bakı şəhəri Yasamal rayonu 53 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi, eyni zamanda ümumtəhsil müəssisələrində fəaliyyət göstərən və bizim məktəbdə də yaradılmış “Kiçik Akademiya”nın prezidentiyəm.Mən bu gün ölkəmizdə yaranan və gündən-günə artaraq qlobal ekoloji problemlərə yol açan bir məqamı diqqət önünə çəkməyə çalışacağam. İstərdim ki, üzərində işlədiyim layihənin əsas ideyasını sizinlə bölüşüm: Bu yaxınlarda sosial şəbəkədə bir məlumat diqqətimi çəkdi: “Ölkəmizə Avropa standartlarına uyğun olan, zibili əhalinin özü çeşidləyəcəyi yeni-müasir zibil konteynerləri gətirilib.” Bu məlumat mənim diqqətimi çox cəlb etdi və mən başladım bu haqda məlumat toplamağa. Birinci başladım sadəcə müşahidə edərək sakinlərin yeni zibil qutulara atılan tullantıların ayrı-ayrı şəkildə paylanmasına münasibətini müəyyən edim. Müşahidələrimdən sonra çox təəssüf hissi keçirdim. Çünki şəhərin bir çox yerində quraşdırılmış bu konteynerlərin üzərindəki-tullanrtıların növü qeyd olunmuş yazı artıq, demək olar ki, cırılaraq silinib və oxunmayacaq bir vəziyyətə gəlib. Hələ iş bununla bitsə idi, nə isə. Ayrılmalı olan tullantı növləri seçilmədən polietilen torbalarla birlikdə necə gəldi, hansı növ tullantının qabına gəldi tullanaraq çox pis görüntü yaradır. Təbii ki, hər birimiz gündəlik olaraq bu xoşagəlməz görüntü ilə qarşılaşmaq məcburiyyətində qalırıq. Bunun qarşısınını almaq və bu kimi görüntü ilə üz-üzə qalmamaq üçün problemin səbəbinə nəzər salsaq görərik ki, bu, əhalidə lazımi istehlak mədəniyyəti formasının formalaşdırılmamasının nəticəsidir. Sizlərə az öncə “Göy iqtisadiyyat” mövzusu üzərində çalışdığımı qeyd etmişdim. Bəlkə də bu mövzu üzərində işləməyimin nəticəsidir ki, bu məqaləni yazmağı özümə borc bildim. Gəlin görək : 1. “Göy iqtisadiyyat” nədir? Hansı sahələrdə tətbiq olunur? 2. Onu başqa hansı sahələrdə tətbiq etmək mümkündür və onun tətbiqi bizə nələri verə bilər? • Dünya Bankına görə, “Göy iqtisadiyyat” təbii resursların iqtisadi inkişaf,yaşayış səviyyəsinin yaxşılaşdırılması və yeni iş yerlərinin açılması üçün düzgün istifadəsidir. Müasir dövrdə “Göy iqtisadiyyat” aparıcı inkişaf etmiş dünya ölkələrində təbii resursların üzərində tətbiq olunur. • Dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də əhalinin artımı ilə bağlı istehlakın həcmi ildən ilə artmaqda davam edir. Müasir dövrdə “istehlak cəmiyyəti” modeli artıq gələcək inkişaf üçün qaçılmaz problemlər yaratmaqdadır. Son illərdə geniş yayılmış “yaşıl iqtisadiyyat” yaranan ekoloji problemlərin bütövlükdə yox, yalnız lokal səviyyələrdə aradan qaldırılmasına qismən köməklik etmişdir. Deməli, ekoloji gərginliklərin aradan qaldırılması üçün biz diqqətimizi ilk öncə fəaliyyətimiz nəticəsində yaratdığımız ekoloji fəsadların aradan qaldırmasına yox, istehlak mədəniyyətimizi dəyişdirərək, tullantıların xeyli azaldılmasına yönəltməliyik. Nəzərə aldıq ki bu termin okeanlara aid edilib və Azərbaycanın(eyni zamanda bir çox materikdaxili dünya ölkələrinin) okeana birbaşa çıxışı yoxdur. Bizdə sual yarandı ki, bu geniş termini Azərbaycan kimi ölkələrə necə tətbiq etmək olar? Bu sualdan belə bir nəticəyə gəldik ki, “Göy iqtisadiyyat”ı iqtisadiyyatın bütün sahələrinə tətbiq etmək olar. Onu qeyd edim ki, bu mövzu üzərində azərbaycanlı alimlərimiz hələ də diqqəti cəlb edən dərin bir tədqiqat aparmamışlar. Dünyada isə “Göy iqtisadiyyat”ın tətbiqi üzrə G.Pauli tətqiqat aparmış və hətta 2004-cü ildə iki kitab yazmışdır. Onu qeyd edim ki, “Göy iqtisadiyyat” Azərbaycana tətbiq edilərsə biz əhalidə bir az əvvəl qeyd etdiyim problemlərin qarşısını tam olaraq ala biləcəyik, eyni zamanda da həm ailə və dövlət büdcəsinə qənaət edib iqtisadiyyatın daha da güclənməsinə səbəb olacaq, həm də ekologiyamızı qorumuş olacağıq. Məlumdur ki, biz bu xəstəliyimizi xəstəliyin əsas dərmanı olan “Göy iqtisadiyyat” məlhəmi ilə həll edə biləcək qüvvəyə sahibik. Əbəs yerə demədim ki, bu xəstəlik... İnsanlarımızda istehlak mədəniyyəti hələ də formalaşmayıb. Bu, sözsüz ki, bir xəstəlikdir. Məncə, bu xəstəliyin yeganə dərmanı “Göy iqtisadiyyat” dır. Təbii ki, dərman xəstəliyə qısa bir zamanda təsir etmədiyi kimi, “Göy iqtisadiyyat”da bu vərdişi qısa zaman çərçivəsində formalaşdıra bilməz. Buna bir az zaman və məsələni dövlət səviyyəsində qaldırmaqla nail ola bilərik. Yəni əhalinin bütün yaş qrupları üzərində-bağçadan başlayaraq maarifləndirmə və təbliğat işləri aparmalı, bu mövzu ilə əlaqədar məlumatlar dərsliklərdə, elmi məqalələrdə, qəzet və jurnallarda çap edilməli, kütləvi informasiya vasitələrində yayımlanmalıdır. Yalnız bundan sonra biz nəticə əldə etmiş olacağıq. Sonda demək istərdim ki, ildən-ilə artan məhsulların istehlakı, bizim istəyimizdən asılı olmayaraq, ətraf mühitdə dəyişikliyin yaranmasına və tullantıların əmələ gəlməsinə səbəb olur. Müasir dövrdə bizim düşüncəmizdə köklü dəyişiklik olmalıdır. Biz diqqətimizi əmələ gələn tullantıların utilizə etməsindən öncə, istehlak mədəniyyətinin dəyişməsinə yönəltməliyik. Biz bəhsə durmalı deyilik ki, kimin daha çox ayaqqabısı, paltarları, avtomobili, daşınmaz əmlakı və sairə mülkiyyəti vardır. Onsuz da bir və ya bir neçə adam böyük sayda və yaxud böyük həcmdə məhsulu istehlak etmək imkanına malik deyil. Həyat göstərir ki, onlar əksər hallarda vaxt keçdikdə yararsız vəziyyətə düşür və nəticədə tullantı olur. Buna görə hesab edirəm ki, bu istiqamətdə cəmiyyətdə maarifləndirmə işlərinin gücləndirilməsi vacib əhəmiyyət kəsb edir. Müəllif: Orxan Vəliyev Elmi rəhbər: c.e.d. prof. Çingiz İsmayılov

Ətraflı

Nə? Harada? Nə zaman? intellektual müsabiqəsi keçirildi25 dekabr 2018-ci il tarixində məktəbin akt zalında Məktəb "Kiçik Akademiya"nın əsas təşkilatçılığı ilə Nə? Harada? Nə zaman? intellektual müsabiqəsi keçirildi. Burada məktəbin "Kiçik Akademiya" nın prezidenti Orxan Vəliyev, tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova, UBR Leyla Rəcəbova, "Məktəblinin dostu" pilot layihəsinin əməkdaşı Yasəmən Abdullayeva, KA-nın vitse-prezidenti Cahid Əhmədi və 8-11-ci sinif şagirdləri iştirak etdi. Tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova çıxış edərək şagirdlərə uğur arzuladı və müsabiqənin məqsədi və önəmi haqqında şagirdlərə məlumat verdi. "Kiçik Akademiya" nın prezidenti Orxan Vəliyev müsabiqənin şərtləri ilə komandaları tanış etdi və onlara uğur arzuladı. KA-nın vitse-prezidenti Cahid Əhmədi sualları səsləndirdi. Müsabiqəni keçirməkdə məqsəd şagirdlərin dünya görüşünün üzə çıxarması, yeni biliklərin öyrənilməsi və onların həvəsləndirilməsindən ibarətdir. Sonda qalib gəlmiş komandalar mükafatlandırıldı və "Fəxri fərman"larla təltif olundu.

Ətraflı

"Kiçik Akademiya"nın Şagird Elmi Cəmiyyəti yaradıldı16.10.2018-ci il tarixində "Kiçik Akademiya" prezidentinin 6№-li əmrinə əsasən məktəbimizdə "Kiçik Akademiya" daxilində “Şagird Elmi Cəmiyyəti” yaradıldı və tərkibi aşağıdakı kimi təsdiqləndi: Sədr: Əhmədi Cahid Cahangir oğlu Sədr müavinləri: 1. Həsənova Ülviyyə Ülvi 2. Qurbanova Fatimə Nami̇q 3. Seyi̇dli̇ Ayxan Cavi̇d

Ətraflı

"Kiçik Akademiya"nın Ali Şurası yaradıldı12.10.2018-ci il tarixində "Kiçik Akademiya" prezidentinin 5№-li əmrinə əsasən məktəbimizdə "Kiçik Akademiya"nın Ali Şurası yaradıldı və tərkibi aşağıdakı kimi təsdiqləndi. Kiçik Akademiyanın prezidenti-Vəliyev Orxan Fərmayıl oğlu Vitse-prezidentləri: 1. Əhmədi Cahid Cahangir oğlu 2. Əsgərov Fəxri Sabir oğlu Elmi bölmə rəhbərləri: 1.Bünyatova Afət Ni̇yaz qızı 2.İbrahimova Nəcibə Hafiz qızı 3.Süleymanova Vəfa Nadir qızı 4.Nəcəfli Şamama Əcəm qızı 5.Ələsgərova Nazi̇lə Novruz qızı

Ətraflı

Kiçik Akademiya yaradıldı18.09.2018-ci il tarixində məktəbin direktorunun 159№-li əmrinə əsasən məktəbimizdə "Kiçik Akademiya" yaradıldı və tərkibi aşağıdakı kimi təsdiqləndi. Ümumi rəhbərləri: Vəliyev Orxan Fərmayıl oğlu Elmi bölmə rəhbərləri: Riyaziyyat-informatika (Texniki) - Bünyatova Afət Niyaz qızı Fizika(Fizika-Riyaziyyat) - İbrahimova Nəcibə Hafiz qızı Coğrafiya (Sosial-iqtisadi ekologiya) - Süleymanova Vəfa Nadir qızı Biologiya (Təbiət) - Nəcəfli Şamama Əcəm qızı Kimya (Texniki) Ələsgərova Nazilə Novruz qızı

Ətraflı
HAQQIMIZDA

Bakı şəhəri 53 nömrəli tam orta məktəb 1961-ci ildən fəaliyyət göstərir. Məktəb bir tipli layihə əsasında 1050 nəfər şagird tutumu üçün tikilib. Ha...

BİZİM FƏXRLƏRİMİZ

İsa Rəhimzadə Zahid

Rəna Fərəcova Azər

HAQQIMIZDA

Bakı şəhəri 53 nömrəli tam orta məktəb 1961-ci ildən fəaliyyət göstərir. Məktəb bir tipli layihə əsasında 1050 nəfər şagird tutumu üçün tikilib. Ha...

BİZİM FƏXRLƏRİMİZ

İsa Rəhimzadə Zahid

Rəna Fərəcova Azər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi