Müəllimlər gününüz mübarək

Əziz müəllimlər, hər birinizi 5 oktyabr "Müəllimlər günü" münasibətilə səmimi qəlbdən təbrik edir, sizlərə uzun ömür, can sağlığı, möhkəm səbr və işlərinizdə uğurlar arzulayıram. Hər biriniz çox şərəfli və müqəddəs bir peşəni icra edirsiniz. Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini - uşaqları, öz ümidini, öz gələcəyini müəllimə etibar edir. Bununla sanki məktəbin, müəllimin məqsədi, vəzifəsi müəyyənləşdirilir - xalqın, dövlətin gələcəyini formalaşdırmaq, "Təhsil Haqqında" qanunda göstərildiyi kimi, "Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir". Bəli, müəllimlik çox şərəfli peşədir - vəzifədir, şərəfli olduğu qədər də mürəkkəb, məsuliyyətli vəzifədir. Bu çətin, şərəfli və məsuliyyətli peşəni uğurla icra etdiyiniz üçün hər birinizi təbrik edirəm. Hörmətlə, Məktəb "Kiçik Akademiya"nın Idarə Heyərinin sədri Orxan Vəliyev.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi