Tünzalə Zeynalova 1991-ci ilin sentyabr ayından Bakı şəhəri Nəsimi rayonu 14 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətə başlayıb. 1995-ci ildən həmin məktəbdə ibtidai siniflər üzrə direktor müavini, 1998-ci ildən təşkilatçı, 2003-cü ildən 2015-ci ilə qədər isə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. Bir neçə beynəlxalq təlimlərin iştirakçısı olub. 2003-cü ildə "Təhsildə keyfiyyət ili" çərçivəsində keçirilən "Pedaqoji mühazirələr"in respublika mərhələsində I yerə layiq görülüb. 2015-ci ildə YUNİSEF və Xəzər Universitetinin birgə təşkil etdiyi "Potensial məktəb direktorları" təlim kursunu uğurla bitirərək Bakı şəhəri 283 nömrəli tam orta məktəbə direktor təyin olunub. 2018-2019 və 2019-2020 ci tədris ilidə təhsil müəssəsinin idarə olunmasında yüksək fəaliyyətinə və idarəçilik səriştəsinə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Fəxri fərmanla təltif edilİib. Təhsil nazirinin 04 oktyabr 2019 cu il tarixli, K-1516 nömrəli əmri ilə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb. ATİAHİ-nin 100 illik yubileyi münasibətilə 01 mart 2021 ci il tarixli, 28 nömrəli qərarı ilə Həmkarlar ittifaqındakı fəaliyyətinə görə "Yubiley döş nişanı" ilə təltif edilib. 2022 və 2023-cü illərdə rayonun ictimai həyatında fəal iştirak etdiyinə, təhsilin inkişafında göstərdiyi yüksək nəticələrə görə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərmanla təltif edilib. 2022-ci ildə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin ümumtəhsil kateqoriyası üzrə "Təhsilin inkişafında incəsənətin rolunun artırılması" mövzusunda, 2023-cü ildə VII qrant müsabiqəsinin fərdi kateqoriyası üzrə "Qrafik dünya, Təhsildə dizayn bacarıqlarının artırılması" mövzusunda qalib olub. 2000 - ci ildən Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. 2017-2021 ci illərdə YAP Binəqədi rayon Təşkilatının sədr müavini vəzifəsində çalışıb. 2020 ci ilin 15 iyul tarixindən etibarən 53 N li tam orta məktəbə direktor təyin edilib.
Qurbanova Aybəniz Asif qızı Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirib. 1992-ci ildə Bakı şəhəri 286 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyətə başlamışdır. 2002-2017-ci il tarixləriində həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini kimi fəaliyyət göstərmişdir. 2017-ci il tarixindən etibarən Bakı şəhəri 53 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini təyin edilmişdir. 2004-cü ildən YAP-nın üzvüdür.
1998-ci ildə Həsən bəy Zərdabi adına 1 saylı məktəb -liseyin rus bölməsini bitirib. Həmin ildə Bakı Slavyan Universitetinin Filologiya Rus dili və Ədəbiyyatı fakültəsinə daxil olub. 2003-cü ildə Zərdab şəhər 1 saylı məktəb-liseyə rus bölməsinə Rus dili və Ədəbiyyatı müəllimi təyin olunub. 2008-ci ildən 2020-ci ilədək Zərdab Rayon Təhsil Şöbəsində metodist vəzifəsində fəaliyyət göstərib. İşlədiyi müddətdə RTŞ müdiri tərəfindən bir neçə dəfə fəxri fərmanla təltif olunub. 2020-ci ildə yerdəyişmə müsabiqəsində iştirak etmiş respublikada ixtisası üzrə ən yüksək nəticə əldə edərək Bakı şəhəri Yasamal rayonu 53N-li tam orta məktəbə rus bölməsinə Rus dili və Ədəbiyyatı müəllimi təyin olunub. BŞTİ-nin təşkil etdiyi direktor müavinləri müsabiqəsində uğur qazanaraq 2023-cü ilin yanvar ayından etbarən 53 №-li tam orta məktəbdə direktor müavini vəzifəsində fəaliyyət göstərir.. 2023-cü ildə Elm və Təhsil Nazirliyinin keçirdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII Qrant Müsabiqəsində fərdi koteqoriya üzrə qalib olub.
Əliyeva Fatimat Qurban qızı 1995- ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuş və həmin universiteti 1999-cu ildə bitirmişdir. O, 1999-2000 – ci illərdə ADPU-nin “İxtisasartırma və yənidənhazırlama” fakültəsini bitirərək tarix ixtisası üzrə ikinci ali təhsilini almışdır. 1997-1999-cu illərdə “Kino” qazəti redaksiyasında korrektor vəzifəsində işləməklə ilk əmək fəaliyyətinə başlamışdır. 1999- cu ildə Səbail rayonu 134№ li məktəbdə müəllim, 2000-ci ildə Nəsimi rayonu 14№ li məktəbdə tarix müəlimi, 2003- cü ildən 2020-ci il oktyabr ayınadək Nəsimi rayonu 46№ li məktəbdə tarix müəllimi vəzifəsində çalışmışdır. O, həmçinin pedaqoji sahədə səmərəli fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsinə görə qazandığı uğurlara görə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur. 01.10.2020-ci il tarixdən 269 №-li tam orta məktəbdə təlim – tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmış, anadan olmasının 45 illiyi və təhsil sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Bakı şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsi tərəfindən “Fəxri Fərman”la təltif edilmişdir. 16 dekabr 2021-ci ildən Bakı şəhəri 53 nömrəli tam orta məktəbə təlim – tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə təyin edilmişdir.
2009-cu il Yevlax şəhəri Səməd Vurğun adına 5 nömrəli tam orta məktəbdə Biologiya müəllimi işləmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən Təlim-tərbiyə işləri üzrə direktor müavini müsabiqəsində uğur qazanıb.53 nömrəli tam orta məktəbə Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur.YAP-ın üzvüdür.
01.09.2009-cu il tarixindən etibarən Bakı şəhəri 53 nömrəli tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışır.
2000-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi liseyi bitirib, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2004-cü ildə Hərbi məktəbi Leytinant hərbi rütbəsində bitirərək silahlı qüvvələrin təlim-tədris mərkəzinə Xüsusi Təyinatlı Kəşfiyyat ixtisası üzrə Zabit ixtisaslaşdırma kursuna qəbul olub. 2005-ci ildə MN-nin müvafiq əmrinə əsasən N saylı hərbi hissəyə Kəşfiyyat Tağım Komandiri sonra isə Kəşfiyyat Bölük Komandiri vəzifəsinə təyin olunub. 2012-ci ildə MN-in müvafiq əmrinə əsasən cəbhə bölgəsinə N saylı hərbi hissəyə Hərbi hissə komandirinin müavini (Q1) bölmə rəisi vəzifəsinə təyin edilib. 2012-ci ildə ordu sıralarından ehtiyata buraxılıb. 2019-2021-ci illərdə BŞTİ-nin əmrinə əsasən 222 nömrəli tam orta məktəbdə, 2021-2023-cü illərdə 31 nömrəli tam orta məktəbdə Hərbi rəhbər vəzifəsində çalışıb. 27.09.2023-cü il tarixindən 53 nömrəli tam orta məktəbə Hərbi rəhbər vəzifəsinə təyin edilib.
Əmiraslanova Sevinc Məhəmməd qızı Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirmiş, Lənkəran Dövlət Universitetində Fiziki coğrfiya üzrə magistr təhsili almışdır. 2019-cu ildən 170 №-li tam orta məktəbə , 2022-ci ildən isə 53 №-li tam orta məktəbə UBTR təyin edilmişdir.
2007-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun İbtidai təhsilin pedaqogika və metodikası fakültəsini bitirib. 2013-2015-ci illərdə isə həmin institutda "Təhsildə sosial-psixoloji xidmət" üzrə magistr təhsili alıb. 2010-2014-cü illərdə SOCAR-ın XDND-nın Abşeron rayon Dəniz Neft Donanmasında kadrlar üzrə mütəxəsis vəzifəsində çalışıb. 2022-ci ildən 17 nömrəli tam orta məktəbdə, 2023-cü ildə noyabrın 29-undan isə 53 nömrəli tam orta məktəbdə psixoloq kimi fəaliyyətə başlayıb.
1987-ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini Kitabxanaşünaslıq-Biblioqrafiya ixtisası üzrə bitirib və Geologiya idarəsinə kitabxanaçı kimi təyinat alıb. 1988-ci ildən məktəbdə kitabxana müdiri olaraq fəaliyyət göstərir.
1985-ci ildə Bakı Mədəni Maarif texnikomunun kitabxanaçılıq fakültəsini bitirib. 2007-ci ildən məktəbdə kitabxanaçı vəzifəsinə çalışır.
Bakı şəhəri 53 nömrəli tam orta məktəb 1961-ci ildən fəaliyyət göstərir. Məktəb bir tipli layihə əsasında 1050 nəfər şagird tutumu üçün tikilib. Ha...
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi