“Mən kiməm” metodikası

Mayın 7-si məktəbin psixoloqu Raidə İmanova 6g sinif şagirdləri ilə “Mən kiməm” metodikasından istifadə edərək sorğu aparıb.
Sorğunun keçirilməsində məqsəd şagirdlərdə kimlik anlayışının dərk olunmasını artırmaq və özündən xəbərdarlığı genişləndirmək, ünsiyyət bacarıqlarını inkişaf etdirmək, həmrəylik və hörməti təbliğ etməkdən ibarət olub.
Bunun üçün hər bir şagird kağızda ad və soyadını yazıb, kağızlar qarışdırılıb və hər kəs birini götürərək kağızda adı yazılmış şagird haqda lövhədə yazılmış suallar əsasında qısa xasiyyətnamə yazıb. Eyni kağızda iki-üç nəfər qeydlər etdikdən sonra vərəqlər sahiblərinə ötürülüb və hər kəs onun haqqında yazılanları oxuyub. Nəticədə şagirdlər yoldaşlarının onları necə qəbul etdiklərini hansı xarakterik cizgilərinin olduğunu, xasiyyətindəki müsbət və mənfi tərəfləri öyrənib onları analiz edib.
Şagirdlərin fikirlərinə qulaq asdıqdan sonra yeniyetməlik yaşlarında dostluğun əhəmiyyəti və xüsusiyyətləri haqqında da məlumat verilib.