Son zəng

İyunun 14-də 2024-2025-ci tədris ilinin məzunlarına “Son zəng” tədbiri keçirilib.
Tədbirdə Milli Məclisin VI, VII çağırış deputatı, MM-də Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov, 11g sinfinin valideyni, Səhiyyə Nazirliyinin Ana və Uşaq Sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova və məktəb kollektivi iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və Ümummilli lider Heydər Əliyevin, Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla qeyd edilməsi ilə başlayıb.
Çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova ilk olaraq məzunları təbrik edib, onlara gələcək həyatında uğurlar arzu edib. Daha sonra bildirib ki, 2025-ci il ölkə başçısının sərəncamı ilə “Konstitusiya və suverenlik ili” elan olunub. Bu qərar müstəqil dövlətçiliyimizin hüquqi təməlini təşkil edən Azərbaycan Respublikasının Konstitusiyasına və xalqımızın suverenlik iradəsinə dərin ehtiramın ifadəsidir. Azərbaycan Konstitusiyası dövlətimizin əsas qanunu olaraq vətəndaşlarımızın hüquq və azadlıqlarının təminatçısıdır. Suverenlik isə hər bir dövlətin azad, müstəqil və heç bir xarici iradəyə tabe olmadan yaşamaq haqqıdır. Bu il ərzində ölkəmizdə hüquqi maarifləndirmə, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi və milli dəyərlərimizin təbliği istiqamətində mühüm tədbirlər həyata keçirilib.
Tədbir şagirdlərin ifasında müxtəlif milli rəqslər, musiqi nömrələri təqdim olunması ilə davam edib. Daha sonra elmin açarını 11- ci sinif şagirdləri 10 - cu sinif şagirdlərinə təqdim edib və son zəng səslənib.
Yolunuz açıq olsun, əziz məzunlar!!!
“Son zəng” təlimata uyğun yerinə yetirilib.