Heydər Əliyev Mərkəzinə ekskursiya

İyunun 11-də məktəbin Təşkilatçısı Lalə Məmmədova 6b sinif şagirdləri ilə Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya edib. Şagirdlər Mərkəzin ekspozisiya zaları ilə tanış olub. Mərkəzdə şagirdlərə Ulu öndərin həyatının və ictimai – siyasi fəaliyyətinin müxtəlif dövrlərini, zəngin və çoxşaxəli siyasi irsini, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çox saylı xidmətləri özündə əks etdirən eksponatlar, fotoşəkillər haqqında ətraflı məlumat verilib.