6 №-li Pedaqoji şura iclası

Mayın 26-sı ETN, MÜTDA və BŞTİ-nin 2024-2025-ci tədris ilinin “Son zəng” tədbiri ilə bağlı əmr və  təlimatların  kollektiv üzvlərinə çatdırmaq məqsədilə iclaslar keçirilib.

Məktəbin direktoru Tünzalə Zeynalova ilk Təlim-tərbiyə işləri üzrə direktor müavinləri və 11-ci siniflərin sinif rəhbərləri ilə görüşüb, onları təlimatlarla tanış edib. Daha sonra növbədənkənar 6 №-li Pedaqoji şura iclası keçirilib. Hər iki görüşdə mövzu üzrə məruzə edən məktəbin direktoru Tünzalə Zeynalova tədbirin təşkili ilə bağlı əmrin məzmunu ilə kollektivi tanış edib və  bildirib ki, “Son zəng” tədbirini məzunlar üçün həm həssas, həm də insan həyatının dönüş nöqtəsi kimi qiymətləndirmək olar. Bu tədbirin əsas məqsədi məktəb həyatının, bəlkə də uşaqlıq dövrünün ən qayğısız illərinin başa çatdığını mənəvi və sosial baxımdan hiss etməkdir. Tədbirin formatı məzunların çıxışlarında oxuduğu məktəbə minnətdarlıq, gələcək arzular, Vətənə və cəmiyyətə xidmət ideyaları ilə dolu olmalıdır.

Hər bir məzun üçün əsas hədəf ailəsinə layiqli övlad , xalqına, dövlətinə isə ləyaqətli vətəndaş olmaq və s. kimi dəyərləri özündə əks etdirməlidi.Məktəb şagirdlərə yalnız bilik deyil, dəyərlər, vətənpərvərlik, əxlaq və zəhmət aşılayan bir mühitdir. Məktəb millətin gələcəyini təmin edən müəssisədir. Gəlin ,cəmiyyət olaraq məktəbi, müəllimi və gələcəyimizi bütün dəbdəbədən, şoudan uzaq formada qoruyaq.

Sonda müəllimlərin mövzu ətrafında fikirləri dinlənilib, onları maraqlıandıran suallar cavablandırılıb və müvafiq qərarlar qəbul edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi