HAQQIMIZDA

Bakı şəhəri 53 nömrəli tam orta məktəb 1961-ci ildən fəaliyyət göstərir. Məktəb bir tipli layihə əsasında 1050 nəfər şagird tutumu üçün tikilib. Hazırda məktəbin 101 sinif komplektində 2847 nəfər şagird təhsil alır. Məktəbdə dərslər Azərbaycan və rus dillərində tədris olunur. Dərslər 2 növbədə 6 günlük tədris həftəsi üzrə keçirilir. Məktəb 2013-cü ildə Dövlət Proqramı çərçivəsində əsaslı təmir edilib. Məktəbdə 156 nəfər pedaqoji işçi çalışır.

2020-2021-ci tədris ilində məktəbin tarix müəllimi Əliyeva Səbinə Mais qızı BŞTİ -nin onlayn dərslərdəki nəzəri və təcrübi bilikləri digər müəllimlər arasında yaymaq məqsədi ilə  elan etdiyi ən yaxşı "Onlayn dərs müsabiqəsi"ndə I yerə layiq görülüb. Məktəbin sinif müəllimi Abudova Səidə Əbilhəsən qızı 2021-ci ildə "Virtual məktəb" layihəsindəki səmərəli fəaliyyətinə görə Təhsil naziri Emin Əmrullayev tərəfindən təşəkkürnamə ilə təltif edilib.

 Son üç ildə məktəbin məzunlarının ali məktəblərə qəbul nəticələrində artma dinamikası müşahidə olunur. Belə ki,  2021-2022-ci tədris ilində məktəbi bitirmiş 152 məzundan 109 nəfəri ali  məktəblərə qəbul olub. Bu isə məzunların 71% ni təşkil edir. Onlardan 4 nəfəri 600-dən, 4 nəfəri isə 650-dən yuxarı bal toplayıb. 2022-ci ilin məzunlarından  bir nəfər  (Əsgərova Xədicə Əsgər qızı) hökümətlərarası təqaüd prqoramı əsasında Çin xalq Respublikasının Şanxay  Universitetində diplomatiya fakultəsi üzrə tam təqaüd qazanıb Bir nəfər məzun isə (Aslanlı Zakir Zaur oğlu) DİM -in ali məktəblərə qəbul imtahanlarının blok fənnləri üzrə maksimum 400 bal toplayaraq  tam orta təhsil səviyyəsini qızıl nişanla başa vurub. 

 2020-2021 və 2021-2022- ci tədris illərində məktəbin şagirdləri Ulu Öndər Heydər Əliyevin anadan olmasına həsr edilən "Ən yaxşı təqdimat" müsabiqənin Respublika mərhələsində II və III - cü yerləri tutub. Son iki tədris ilində məktəbin komandası "Sabahın Alimləri" Respublika müsabiqəsində qalib olub. Məktəb 2022-ci ildə Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsini - ümumi təhsil  kateqoriyasi üzrə "Təhsilin inkişafında incəsənətin rolu" mövzusunda qazanıb.

Məktəb 2021-2022 ci tədris  ilindən VI siniflərdə "Steam", VIII siniflərdə ortaq türk tarixi, 2022-2023 ci tədris ilindən isə rus bölməsinin V siniflərində Azərbaycan tarixi fənninin dövlət dilində tədrisi layihələrinə qoşulub.Adıçəkilən layihələr uğurla həyata keçirilir.Təhsil ocağında şagirdlərin elmi dünyagörüşünün formalaşması,yaradıcı təfəkkürün inkişafı,bilik və bacarığının möhkəmləndirilməsi məqsədi ilə "Kiçik Akademiya" fəaliyyət göstərir.

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələrinə görə 53 nömrəli tam orta məktəb Bakı şəhəri üzrə 56-cı yerdə, Yasamal rayonu üzrə 9 - cu yerdə qərarlaşıb. 

Məktəbdə yüksək tədris mühitinin yaradılmasına,keyfiyyətli təhsil şəraitinin təmin edilməsinə,şagirdlərə akademik biliklər verməklə yanaşı onların müstəqil düşüncəyə malik,milli mənəvi dəyərlərə sadiq şəxsiyyət kimi formalaşmasına,vətənpərvərlik,dövlətçilik ruhunda tərbiyə olunmasına xüsusi diqqət yetirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi