Asudə vaxtın səmərəli təşkili

Mayın 25-i məktəbin 3d sinfinin sinif rəhbəri Zülfiyyə Hacıyeva şagirdləri ilə Zoologiya muzeyi, Azərbaycan tarixi muzeyi və H. Z. Tağıyevin ev muzeyinə, 3ç sinfinin sinif rəhbəri Mehriban İslamova isə şagirdləri ilə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi və "Atəşgah məbədinə" ekskursiya edib.
Ekskursiyanın təşkilində məqsəd şagirdləri ölkəmizin qədim tarixi, milli mənəvi dəyərləri barədə daha ətraflı məlumatlandırmaq, məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaqdan ibarət olub.
Məktəblilər ekskursiyalar çərçivəsində muzeylərin kolleksiya fonduna tamaşa edib, onlara ölkə əhəmiyyətli tarixi abidələr və eksponatlar barədə ətraflı məlumatlar verilib..