Son zəng-təhlükəsizlik

“Son zəng” tədbiri zamanı təhlükəsizliyin təmin olunması məqsədi ilə iyunun 5-i məktəb rəhbərliyi tərəfindən təyin olunan növbətçi müəllimlərlə görüş keçirilib.
Görüşdə məktəbin direktoru Tünzalə Zeynalova çıxış edərək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əmr və təlimatlarını növbətçi müəllimlərin nəzərinə çatdırıb, "Son zəng" günü məktəbdə təhlükəsizlik tədbirlərinin tam təmin olunmasının vacibliyindən danışıb.
Sonda müəllimləri maraqlandıran suallar cavablandırılıb və onlara xüsusi öhdəliklər verilib.