Qazandıqları uğur onları fərqləndirdi

21 iyun 2025-ci il tarixində 2024-2025-ci tədris ilində əldə etdikləri nəaliyyətlərə görə fərqlənən şagirdlərə tam orta təhsil haqqında fərqlənmə attestatları təqdim olunub.
Əziz gənclər:
Sizi bu əlamətdar nailiyyətiniz – məktəbi fərqlənmə ilə attestatı ilə bitirməyiniz münasibətilə ürəkdən təbrik edirik!
Bu uğur təkcə Sizin zəhmətinizin və əzmkarlığınızın nəticəsi deyil, eyni zamanda ailənizin, müəllimlərinizin və məktəbinizin də fəxridir.Siz yalnız biliklə deyil, həm də məsuliyyət və Vətənə sevgi ilə fərqləndiniz. Qalib ölkənin gələcəyini quracaq sağlam düşüncəli, savadlı və vətənpərvər gənclər kimi Sizə inanır, daha böyük uğurlarınızın başlanğıcı kimi bu günü yüksək qiymətləndiririk.
Həyat yolunuz açıq olsun, əziz məzunlar!Hədəflərinizə doğru getdiyiniz yolda həmişə fərqlənənlərdən olasınız!