Pedaqoji şura-7

İyunun 25-də növbəti pedaqoji şura iclası keçirilib. İclasda 2024-2025-ci tədris ilinin illik hesabatı, illik proqram materiallarının yerinə yetirilməsi vəziyyəti, I-IV, V-VIII və X siniflərdə şagirdlərin sinifdən-sinfə keçirilməsi, yay tədris tapşırıqarının işlənməsi və valideynlərə bildirişlərin çatdırılması müzakirə olunub.
Ümumi və tam orta təhsil səviyyələri üzrə adi və fərqlənmə attestatlarının verilməsi haqqında, sinif jurnallarının işlənməsi, IX siniflər üzrə son üç tədris ilinin müqayisəli təhlili, “Şagird davranış qaydaları”-nın tətbiqi haqqında, Psixoloji xidmətin təşkili haqqında və cari məsəslələr haqqında məruzələr dinlənilib, müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.
Sonda sertifikasiya imtahanında yüksək nəticə göstərən Vəfa Süleymanova ona və həmkarlarına göstərdiyi dəstəyə görə məktəbin direktoruna kollektiv adından minnatdarlığını bildirdi.