Ruslanın uğuru

Məktəbin 10g sinif şagirdi Ruslan Kaştayev 9-15 iyul tarixlərində 37 ölkədən və 750-dən çox şagirdin iştirakı ilə İspaniyanın Barcelona şəhərində keçirilən Beynəlxalq STEAM olimpiadasının final mərhələsində iştirak edib.
O, Coding kateqoriyası üzrə Bürünc, Riyaziyyat kateqoriyası üzrə isə Gümüş medal qazanıb.
Şagirdimizi təbrik edir, uğurlarının davamını diləyirik!